“CNNTürk”: COP29 qlobal ekoloji gündəliyin formalaşdırılması kontekstində diqqətəlayiqdir
14.10.2024 [11:09]
Türkiyənin “CNNTürk” telekanalı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti ilə bağlı reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “COP29-a 29 gün qalmış” adlı reportajda qeyd olunur ki, COP29 iqlim konfransı qlobal istiləşmənin qarşısının alınması və istixana qazları emissiyalarının azaldılması üçün qlobal yolların tapılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Reportajın müəllifi, professor Murat Ferman əvvəlki konfransın - BƏƏ-də keçirilən COP28-in nəticələrini xatırladaraq, dünyanın 118 ölkəsinin 2030-cu ilədək atom elektrik stansiyalarından və bərpaolunan enerji mənbələrindən istifadənin üç dəfə artırılması ideyasını artıq dəstəklədiyini xatırladıb.
Reportajda orta illik temperatur səviyyələri ilə sübut olunduğu kimi, qlobal istiləşmənin artması istiqamətində davam edən tendensiyaya diqqət yetirilir. “Alimlərin fikrincə, planetdə havanın orta temperaturu sənayedən əvvəlki dövrü rekord həddə - 1,5 dərəcə Selsi ötüb. Bütün bunlar insan fəaliyyətinin, əsasən qazıntı yanacaqlarından istifadənin, meşələrin qırılmasının və kənd təsərrüfatı sektorunun inkişafının nəticəsidir”, -deyə materialda daha sonra qeyd edilir.
Telekanalın reportajında, həmçinin hökumətlər tərəfindən ekoloji problemlərin həlli yollarının axtarışından, o cümlədən vergilərin tənzimlənməsi və yaşıl texnologiyaların stimullaşdırılmasından bəhs olunur.
Professor Ferman vurğulayır: “Kənd təsərrüfatı fəaliyyəti istixana qazlarının üçdəbirinə qədər emissiyasına cavabdehdir. Ətraf mühitin çirklənməsinin miqyası artır. Kimyəvi gübrələr suyun saflığı və qida təhlükəsizliyi üçün böyük problem yaradır. BMT-nin məlumatına görə, dünyanın münbit torpaqlarının 40 faizə qədəri çirklənib və ya deqradasiyaya uğrayıb”.
Reportajın müəllifi, həmçinin ətraf mühitə atılan ərzaq məhsullarının həcminə də diqqət yetirir. Onun sözlərinə görə, bu tullantıların həcmi ildə 1,5 milyard tona çatıb ki, bu da bütün dünya istehsalının üçdəbirinə bərabərdir və 3 milyard insanın ehtiyaclarını ödəyə bilər.
“CNNTürk”ün reportajında diqqətə çatdırılır: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının əvvəlki sessiyalarının nailiyyətlərini və nöqsanlarını nəzərə alaraq, Bakıda keçirilən COP29 kollektiv səylərin müzakirəsi və qlobal ekoloji gündəliyin formalaşdırılması kontekstində diqqətəlayiqdir”.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

