Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna Prezidentinin səfəri ilə əlaqədar Berlində təhlükəsizlik tədbirləri gücləndirilib

Ukrayna Prezidentinin səfəri ilə əlaqədar Berlində təhlükəsizlik tədbirləri gücləndirilib

11.10.2024 [21:16]

Ukrayna Prezidenti Volodimir Zelenskinin oktyabrın 11-də Almaniyaya edəcəyi səfərlə əlaqədar Berlində ciddi təhlükəsizlik tədbirləri görülür.

AZƏRTAC xəbər verir ki, Almaniya paytaxtının mərkəzindəki küçə və prospektlərdə, meydanlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Almaniya Prezidentinin iqamətgahı olan "Bellevue" sarayının və Federal Kanslerin ofisinin ətrafına hərbi texnika, xüsusi təyinatlı polis bölmələri, snayperlər cəlb edilib. Ukrayna Prezidentinin Berlində ziyarət edəcəyi Zəfər sütununun ətrafında da təhlükəsizlik tədbirləri gücləndirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində dəmir yolunun hərəkətində də ciddi məhdudiyyətlər tətbiq edilib. Dəmir yolu idarəsinin müraciətində "Zoologischer Garten" stansiyası ilə "Ostbahnhof" vağzalını birləşdirən xətt üzrə hərəkətin xeyli məhdudlaşdırılacağı bildirilib.

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31