USAID-in “erməni sevdası”
19.09.2024 [08:34]
Pauerdən geri qalmayan İzobelin yalanları...
Təşkilatın Azərbaycan əleyhinə iddiaları separatizmin və revanşizmin təşviqindən başqa bir şey deyil
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistana havadarlıq edən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyur, əsassız iddialar irəli sürürlər. Belələrindən biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyidir (USAID). Bu təşkilat son illər Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir, Ermənistana isə “sevgisini” daha da artırıb. Son iki ildə USAID-in rəhbər şəxslərinin bu ölkəyə davamlı səfər etməsi və maliyyə dəstəyini dəfələrlə artırması da bunu sübut edir.
XİN: Bu yanaşma regionda sülh və təhlükəsizlik naminə heç bir nəticə verməyəcək
Sentyabrın 16-da isə Ermənistanın ABŞ-dakı səfirliyində Müstəqillik Günü tədbirində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulman Azərbaycana qarşı həqiqətdən uzaq, yalan fikirlər səsləndirib. Azərbaycanın Xarici İşlər Nazirliyi USAİD rəsmisinin həmin açıqlamasını pisləyib və qətiyyətlə rədd edib. Məsələ ilə bağlı nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Administrator müavininin son dərəcə məsuliyyətsiz ifadələri Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır. Onun sözlərinə görə, Azərbaycanın tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və heç vaxt mülki əhalini hədəf almayıb. Antiterror tədbirlərinə gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərin yerinə yetirilməməsini, Ermənistan rəhbərliyi tərəfindən hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistanın baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə sentyabrın 2-də ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdikləri iddialar separatizmin və Ermənistanın daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil. “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin regionda sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə münasibətdə eyni həvəs nümayiş etdirməyən uzaqgörməz siyasəti və mövcud reallıqlardan xəbərsizliyi ziyanlıdır, regionda sülh və təhlükəsizlik naminə heç bir nəticə verməyəcək”,-deyə XİN-in rəsmi nümayəndəsi vurğulayıb.
USAID Ermənistana 250 milyon dollar yardım edəcək
Bəs USAID-in erməni sevgisinin səbəbi nədir? Xatırladaq ki, bu ilin iyul ayında USAID-in rəhbəri Samanta Pauer Ermənistana səfər etmişdi. Səfər zamanı təşkilatın Ermənistanda “Amazon web service” ilə hökumət arasında əməkdaşlığı dəstəkləmək üçün 5 milyon dollar ayırdığı bildirilib. S.Pauer USAID Ermənistanın informasiya texnologiyaları sektoruna daha 2,4 milyon dollar ayıracağını da elan edib. USAID rəhbəri ötən il də Ermənistana səfər edib və səfər zamanı Qarabağı könüllü tərk edən ermənilərlə görüşərək Azərbaycanın əleyhinə fikirlər səsləndirmişdi.
Lakin təşkilat bununla kifayətlənməyib. Bir neçə gün əvvəl isə ABŞ-?n Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağı elan olunub. Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, bu vəsaitlər “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək”.
Məlumdur ki, USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Ancaq bunlar aysberqin yalnız görünən üzüdür. Əsas məsələ alt qatda, görünməyən tərəfdədir. Əslində isə USAID ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır. Sözügedən qurumun vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onların vasitəsilə Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. Bununla yanaşı, USAID bu fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi.
Təşkilat erməni işğalından əziyyət çəkən azərbaycanlıları niyə unudub?
USAID-in Azərbaycandakı fəaliyyətindəki qeyri-şəffaflıq, qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, mənfi amillərdən biri agentliyin “erməni kartı”ndan istifadə ilə bağlıdır. Bu məsələdə qurumun hazırkı direktoru olan Samanta Pauer aktiv rol oynayır. Hələ Barak Obama administrasiyası dövründə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi kimi çalışan Pauer “erməni soyqırımı”nın tanınmasının əsas tərəfdarlarından biri olub və ABŞ-ın “soyqırımı” tanımamasına görə dərin təəssüf hissi keçirdiyini bildirib. Ermənilərə olan simpatiyası onun bu ölkəyə dəfələrlə səfərlər etməsindən görünür. USAID direktoru kimi isə bu simpatiya özünü daha qabarıq nümayiş etdirdi. Ötən ilin noyabrında da Pauer rəhbərlik etdiyi USAID-in Qarabağı könüllü tərk etmiş ermənilərə əlavə 4,1 milyon dollar ayırdığını, həmin şəxslərin “məcburi köçkün” olduğunu öz “X” səhifəsindəki paylaşımında bildirmişdi. O, Ermənistana sonuncu səfərində də Qarabağ ermənilərinin geri qayıtmaq məsələsinə toxunaraq onların öz “dini məkanlarını, məzarlıqlarını” ziyarət etmələrindən danışıb.
Amma nədənsə, xanım Pauer və İzobel Koulman nə Azərbaycanın 30 il erməni işğalı altında olmuş ərazilərdəki dağıntılara, nə də indiki Ermənistan ərazisində tarixən azərbaycanlılara məxsus olan dini, tarixi və mədəni abidələrin vəziyyətinə toxunmağı “unudur”. Bu torpaqların tarixən azərbaycanlılara məxsus olduğu və orada çoxlu sayda məscidlərin də olması və sonradan ermənilər tərəfindən dağıldığı hər kəsə məlumdur. Bu barədə sənəd-sübutlar da kifayət qədərdir. Bəlkə, USAID Ermənistandakı həmin məscidlərin taleyi ilə maraqlansın, orada dağıdılmış məscidlərin bərpasına da vəsait ayırsın? Təəssüf ki, qurum bütün bunları görməzdən gəlir, azərbaycanlılara qarşı törədilmiş cinayətlərə səssiz qalır. Bu da ikili standartların bariz nümunəsidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

