“Maliyyə yardımı”nın bölgəyə gətirdiyi bəla..
14.09.2024 [08:45]
ABŞ bölgədə yeni militarizasiyaya start verdi
ABŞ-ın xarici siryasət kursunun ən mühüm elementlərindən biri qismində çıxış edən “yumşaq güc”dən istifadə yeni dövrdə daha aktual məna kəsb etməyə başlayıb. Xüsusilə, Avrasiyanın mərkəzində yeni siyasi-iqtisadi konfiqurasiyanın qurulması, ortaya çıxan reallıqların fonunda Vaşinqton özünün ənənəvi təsiretmə mexanizmlərini daha da təmərküzləşdirməyə çalışır. “Demokratik yardım” və ya “insan hüquq və azadlıqlarının qorunması prinsiplərinin gücləndirilməsinin maliyyələşdirilməsi” adı altında həyata keçirilən gizli əməliyyatların yeni “libasda” təqdimatı keçirilir.
Xarici kəşfiyyatın əsl adı - USAID...
Bu məsələdə yenə də həlledici rolu ABŞ-ın nüfuzetmə siyasətinin ən fəal oyunçusu ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) oynayır. Xatırladaq ki, ABŞ-ın xarici yardım proqramlarının yenidən təşkil və idarə edilməsinə məsul olan agentliyin fəaliyyətə başlaması ABŞ Konqresinin 4 sentyabr 1961-ci il Xarici Yardım Aktına əsaslanır. Qurumun təşkilatlanması isə ABŞ xarici siyasət kursunun daha da gücləndirilməsinə söykənir - bir neçə mövcud xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə çalışan Prezident Con Kennedi USAID ilə bağlı sərəncam imzaladı. USAID dövlət siyasətində əsas diqqəti uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən ABŞ-ın ilk xarici yardım təşkilatı kimi fəaliyyətə başladı.
USAID-in proqramları Konqres tərəfindən Xarici Yardım Aktı vasitəsilə tənzimlənir. ABŞ xarici siyasətinin nominal komponenti olan USAID prezidentin, dövlət katibinin və Milli Təhlükəsizlik Şurasının rəhbərliyi altında fəaliyyət göstərir. Təşkilatın 100-dən çox ölkədə, ilk növbədə Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropada nümayəndəlikləri var. Bu ofislər isə həm də ABŞ-ın həmin region üzrə siyasətinin əsas ocağı sayılır. Apardığı fəaliyyət ifşa edildiyi üçün bəzi ölkələrdən qovulan USAID təmsilçilərinin proqramları ilə bağlı gizlinlər haqqında mütəmadi olaraq dünya mediasında yazılar çap edilir -təsadüfi deyil ki, 2012-ci ilin yayında ALBA ölkələri (Venesuela, Kuba, Ekvador, Boliviya, Nikaraqua, Sent Vinsent və Qrenadin, Dominika, Antiqua və Barbuda) öz üzvlərini USAID-i ölkələrindən çıxarmağa çağırmışdı.
Gürcüstandan əli çıxan ABŞ Ermənistanı tora saldı...
Görünən budur ki, USAID-in növbəti planları Ermənistana istiqamətlənib. Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıran qurum yeni oyunlarına start verir. Addımın məqsədi USAID-in arxasında duran beynəlxalq şəbəkələrin, mərkəzlərin erməni məsələsini, onların mövcudiyyətini Cənubi Qafqazda davam etdirmək və erməni kartından öz məqsədləri üçün istifadə etmək niyyəti ilə əlaqəlidir.
USAID-in planı ilə bağlı fikirlərə keçməmişdən öncə, xatırladaq ki, yeni dönəmdə “istifadəçi ünvanı” kimi İrəvanın seçilməsi təsadüfi sayıla bilməz. Onsuz da USAID və digər antimilli fondlar ayrı-ayrı region ölkələrindəki xəyanətkar şəbəkələri, milli maraqları satan azlıqları bu və ya digər adlar altında maliyyələşdirirdi. Gürcüstan paytaxtından reallaşdıran ABŞ “agentliyi”nin fəaliyyəti may ayında qəbul edilmiş müvafiq qanunla dalana dirəndi. Amma ABŞ hələ öncədən baş verə biləcək ehtimallara uyğun çıxış yolu hazırlamışdı - bu ilin aprelində keçirilmiş Aİ - ABŞ - Ermənistan üçtərəfli görüşü zamanı “insan hüquqları”, “demokratiyanın inkişafına dəstək” kimi gəlişigözəl ənənəvi sözlərlə özünü “İrəvana pərçimləmişdi”. Bu, Ermənistanı rahat şəkildə maliyyələşdirmək, hərbiləşdirmək, silahlandlırmaq və bölgə üçün real təhdidə çevirmək planları ilə tam üst-üstə düşür. İşğalçı ölkəyə daha çox maliyyə ayırmaq demokratik inkişafa deyil, yalnız təhlükəsizliyin pozulmasına yönəlik planlara xidmət göstərir. Buna ən bariz nümunə isə ABŞ-ın işğalçı dövlətlə birgə “Eagle Partner” hərbi təliminə qatılmasıdır.
Vaşinqton niyə İrəvanı “seçir”...
ABŞ-ın öz planlarına alət olaraq Ermənistanı seçməsi isə həm də bu ölkənin yerləşdiyi dislokasiyaya əsaslanır.
- Qərb bu yolla Şərq-Qərb tranziti üzərində Ermənistanın sərhədləri hesabına özü üçün “stansiya” formalaşdırmağı planlaşdırır;
- Yeni iqtisadi düzənin ən əsas logistik marşrutunu nəzarət altında saxlamağa çalışır;
- ABŞ-ın ənənəvi siyasi alətinə çevrilmiş “qarşıdurmalara körüklə” metodundan məhz prosesin nüvəsindən istifadə etməklə Cənubi Qafqazı gərginlik altında saxlamağa niyyətlənir.
Ermənistandan yenə qonşu dövlətlərə qarşı istifadə olunur. Qərbin planın əsas mahiyyəti olan “sülhsüz Qafqaz” prioritetini də məhz Ermənistanın əli ilə “reallışdırır”. Hədəf isə açıqdır - ABŞ Ukraynada nail ola bilmədiyi “müharibə cədvəli”nin yeni bölməsi üçün Ermənistanı öz maraqlarına alət edir. Bəlli məsələdir ki, Ermənistanın hərbi və ya siyasi müttəfiq kimi “tanınması” Vaşinqtona heç nə qazandıra bilməz - eyni zamanda, Ermənistanda olmayan demokratiyanın inkişafına necə dəstək göstərmək olar? Amma ABŞ-a gərək olan bəzi məziyyətlər məhz Ermənistanda mövcuddur:
- Ermənistan Azərbaycan, İran və Türkiyə ilə həmsərhəd, Rusiya ilə yaxın ölkədir;
- KTMT-nin bu və ya digər şəkildə üzvüdür (iştirakını dondursa da);
- Avrasiya İqtisadi İttifaqının üzvüdür;
- “Əl oyuncağı” olmaq üçün hər zaman hazırdır.
Beləliklə, bu dövlətdən istifadə etməklə bölgə üçün pronozlaşdırılan bütün laiyhələrə pəl vurmaq olar. ABŞ-ın əsas planı isə Ermənistandan istifadə etməklə Rusiyanı hədəfə almaqdır. Rusiyanın Ermənistandakı hərbi varlığını öz xeyrinə dəyişməklə böyük bir coğrafiyada yeni düzən quracağını düşünən Vaşinqtonun səyi buna hesablanıb. ABŞ həm də düşünür ki, gələcək perspektivdə Rusiya ilə TDT arasındakı əlaqələrin müsbət dinamika ilə artması mühüm alternativ formalaşdırır. Bunun qarşısını almaq üçün isə hazırki məqamda Ermənistanın “xidmətindən” istifadə olunur.
ABŞ-ın planı - Cənubi Qafqazı yeni plasdarma çevirmək
Bir neçə ay öncə keçirilmiş 5 aprel görüşü öncəsi Azərbaycanın kəskin şəkildə etirazı məhz bugünki mənzərənin formalaşdırılmasına istiqamətlənmişdi. Məhz 5 aprel görüşündən sonra ABŞ tədricən Ermənistana yerləşməyə başladı - operativ şəkildə İrəvan hava limanından Rusiya sərhədçilərinin çıxarılması, daha sonra ABŞ təyyarələri ilə Ermənistana silah və hərbi heyət göndərilməsi və onların Zəngəzurda yerləşdirilməsinə start verildi. Artıq Rusiyanın 102-ci bazasının ölkədən çıxarılması gündəmə gətirilir. Bu isə yeni dönəmdə Ermənistanın region üçün yarada biləcəyi təhdidin siqnalıdır. Fərqli maraqları bölgəyə daşıyan Paşinyan hakimiyyəti Cənubi Qafqazı açıq plasdarma çevirməyə çalışır.
Pauer ilə Vardanyanın dostluğu...
USAID-in bu məsələdəki aktiv rolu isə tək Ermənistanla məhdudlaşmır - təsadüfi deyil ki, USAID 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinin nəticələri ilə bağlı qeyri-adekvat mövqe bildirib. USAID direktoru Samanta Pauer “X” hesabında Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını “məcburi köç” adlandırıb. Samanta Pauerin hazırda Azərbaycanda həbsdə olan Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla olan əlaqələrini Azərbaycan istintaq orqanlarına verdiyi ifadəsində Vardanyan özü etiraf etmişdi - Pauerin fərqli şəxslərin əli ilə Vardanyanın məsuliyyətdən yayındırmaqla bağlı aktiv təbliğat planı da vardı. Məlum maraqları üzündən seperatizmi açıq dəstəkləyən bu qurum və rəhbəri 30 illik erməni işğalı dövründə bir dəfə də olsun Ermənistana qarşı hansısa mə nfi fikir işlətməmişdi - beləliklə, yeni dönəmdə Vardanyanın yaxın dostu olan Pauerin rəhbərlik etdiyi təşkilatla rəsmi İrəvan arasında əlaqələrin gücləndirilməsi onu deməyə əsas verir ki, ABŞ USAID-?n əli ilə bölgədə yeni qarşıdurmalar da düzənləyə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

