Girovların öldürülməsi Yaxın Şərqdə gərginliyi daha da artırıb
04.09.2024 [09:21]
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında uzun illərdir davam edən ədavətin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Son vaxtlar isə ABŞ Prezidenti Cozef Bayden Qəzza sektorunda atəşkəs razılaşması ilə bağlı təkliflə çıxış edib. Tərəflər bu təklifi müzakirə etməkdədir. Bir sıra dövlətlər də bölgədə atəşkəsin elan olunmasına, tərəfləri sülhə gəlməyə çağırır. Türkiyə, regiondakı ölkələr, xüsusilə, Qətər, Misir və Səudiyyə Ərəbistanı sabitliyin bərpası üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Bir neçə gün öncə danışıqların növbəti mərhələsi baş tutsa da, ortada müsbət nəticə yoxdur.
Qarşılıqlı ittihamlar...
Belə bir şəraitdə isə HƏMAS tərəfindən girov götürülən 6 İsrail vətəndaşının cəsədinin aşkar olunması vəziyyəti daha da gərginləşdirib. HƏMAS iddia edib ki, girovlar onların saxlandığı tunellerə İsrail ordusunun zərbələri nəticəsində ölüb. Lakin rəsmi Təl-Əviv bununla razılaşmır. İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, HƏMAS girovları öldürdüyü üçün ağır bədəl ödəyəcək: “İsrail HƏMAS hərəkatından olan fələstinli radikalları sentyabrın 1-də Qəzzada öldürülən altı girovun qətlinə görə ağır bədəl ödəməyə məcbur edəcək. İsrail sakitləşməyəcək və bu qətli unutmayacaq”. Baş nazir həlak olanların ailələrinə başsağlığı verib, baş verənlərdən dərin təəssüf hissi keçirdiyini bildirib və İsrailin varlığı uğrunda mübarizə apardığını, bu səbəbdən ölkənin birliyini qorumalı olduğunu vurğulayıb. “Onları sağ qaytara bilmədiyim üçün üzr istəyirəm. Biz buna çox yaxın idik, amma bacarmadıq” , - deyə Netanyahu əlavə edib.
İsraildə etiraz aksiyaları
Lakin Qəzza zolağında altı girovun HƏMAS tərəfindən öldürülməsinə dair xəbər İsraildə etiraz aksiyalarının keçirilməsinə təkan verib. Çünki ölkədə Baş nazir Benyamin Netanyahuya müxalif qüvvələr əvvəllər də müharibənin gedişinə qarşı çıxış etmişdilər. Xarici KİV-lərin yaydığı məlumatlara əsasən, sentyabrın 1-də İsrailin paytaxtı Təl-Əvivdə 120 mindən çox vətəndaşın iştirakı ilə mitinq keçirilib. Etirazçılar girov götürülənlərin ailə üzvləri ilə həmrəy olduqlarını bildirərək İsrail hökumətindən Qəzza zolağında saxlanılan bütün israillilərin sərbəst buraxılması çərçivəsində HƏMAS-la razılıq əldə edilməsini istəyirlər. Mitinqdə meydana qətlə yetirilən məlum altı girovun İsrail bayrağı ilə örtülən simvollaşdırılmış tabutu qoyulub. Səhnədən isə HƏMAS-ın girovluğunda olan israillilərin adları səsləndirilib. Girovların ailələri Baş nazir Benyamin Netanyahunu günahlandıraraq bildiriblər ki, o, Qəzza-Misir sərhədindəki Filadelfiya dəhlizini əldə saxlamaqda israr edir və bununla da girovların mübadiləsi razılaşmasına qarşı çıxır. Hökumət başçısı isə qalan girovların sərbəst buraxılma üçün anlaşma əldə olunmamasında HƏMAS-ı ittiham edir.
Mitinqdə ölkə üzrə tətil çağırışları da edilib. Təl-Əvivdə keçirilən aksiyada Ümumisrail Həmkarlar Təşkilatının başçısı Arnon Bar-David isə bildirib ki, tətil elan edib ölkə iqtisadiyyatını iflic etmək elə sadə məsələ deyil. Bununla yanaşı tətilin də qaçılmaz olduğunu vurğulayıb. Sentyabrın 2-də həmkarlar federasiyası ümumi tətil elan edib. Federasiyaya üzv olan heç də bütün qurumlar bu aksiyaya qoşulmayıb. Bununla belə həmkarlar təşkilatına daxil olmayan özəl sektorun təmsilçiləri aksiyaya qoşulduqlarını bildirib.
Böyük Britaniya İsrailə silah satışını niyə dayandırıb?
Baş verənlər Yaxın Şərq regionunda atəşkəs razılşamasına inamı azaldır. Ona görə də, İsrail yeni imkanlar axtarışındadır. Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu son səfəri zamanı Vaşinqtona Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif etmişdi. Konqresdə çıxışı zamanı Netanyahu bildirmişdi ki, ABŞ və İsrail Yaxın Şərqdə təhlükəsizlik alyansı yarada bilər. Netanyahu xatırladıb ki, İkinci Dünya müharibəsindən sonra ABŞ artan sovet təhlükəsinə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik ittifaqı yaratmışdı: “İsraillə sülh içində olan və gələcəkdə sülh içində olacaq bütün ölkələr bu alyansa dəvət olunacaqlar”. Rəsmi Vaşinqtonun isə bu təklifə münasibəti hələ də məlum deyil.
Yaxın Şərqdə artan gərginlik fonunda Böyük Britaniya maraqlı addım atıb. Belə ki, Böyük Britaniya İsrailə bəzi silahların satışını dayandırıb. Bu barədə Britaniyanın xarici işlər naziri Devid Lammi parlamentin İcmalar Palatasında çıxışında deyib. O bildirib ki, qərar Böyük Britaniyanın silah ixracı lisenziyalarının nəzərdən keçirilməsindən sonra verilib və bu lisenziyaların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması riski yaratması müəyyən edilib. Nazir təxminən 350 lisenziyadan 30-nun dayandırılacağını açıqlayıb və vurğulayıb ki, bu, ümumi qadağa və ya silah embarqosu deyil: “Belə bir münaqişə ilə üzləşərkən, ixrac lisenziyalarını yenidən nəzərdən keçirmək Böyük Britaniya hökumətinin hüquqi öhdəliyidir. Təəssüf ki, bu gün aldığım qiymətləndirməyə əsasən, İsrailə bəzi Böyük Britaniya silahlarının ixracı beynəlxalq humanitar hüququn ciddi pozulması riskini daşıyır”, - deyə nazir deyib. Qeyd edək ki, Böyük Britaniya İsrailə birbaşa silah tədarük etmir, lakin yerli şirkətlərin silah satması üçün ixrac lisenziyaları verir.
Xatırladaq ki, Yaxın Şərqdə artan gərginlik fonunda Roma Papası və BMT-nin Baş katibi də tərəfləri sülhə çağırıb. Hələ ki, bu çağırışların heç bir nəticəsi yoxdur, regionda qanlı toqquşma davam edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22

