Mübarək Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə iyunun 29-na təsadüf edir
24.06.2014 [09:41]
İyunun 23-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) mübarək Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Qurani-Kərimdən ayələr səsləndikdən sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə mübarək Ramazan ayının başlanması münasibətilə xalqımızı təbrik edib, bu müqəddəs ayın fəzilətlərindən danışıb. O, insanların Ramazan ayında xeyirli əməllərlə məşğul olmalarının vacibliyini vurğulayıb və şəhidlərimizə Allahdan rəhmət diləyib.
A.Paşazadə Azərbaycanda dövlət və din arasında möhkəm birliyin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyevin bu ənənəni uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini hacı Salman Musayev və digər çıxış edənlər də insanın mənəvi saflığı üçün orucluğun əhəmiyyətindən söhbət açıblar. Vurğulanıb ki, Azərbaycanda dini tədbirlərin, mərasimlərin keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.
Sonra QMİ-nin Qazılar Şurasının mübarək Ramazan ayının başlanması münasibətilə fətvası oxunub.
Fətvada bildirilir ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasını tərtib edib. Builki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il - hicri tarixi ilə Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Xüsusi minnətdarlıqla bildirmək istərdik ki, Azərbaycan dövləti müsəlman dindarların tolerantlığını və qardaşlıq münasibətlərini nəzərə alaraq Ramazan bayramının iki gün - iyulun 28-29-da keçirilməsinə qərar verilib.
Fətvada vurğulanır ki, məhz QMİ ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası tərəfindən birgə hazırlanmış və Azərbaycan üfüqünə uyğun olan mövcud təqvimə riayət etməyi dindarlarımıza tövsiyə edir, bölgələrdəki qazılar, səlahiyyətli nümayəndələr, imam və axundlar tərəfindən icraatının vacib olduğunu bildiririk. Azərbaycanda tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV-dən bu təqvimdən istifadə etmələrini xahiş edirik. Qazilər Şurası din xadimlərimizin nəzərinə çatdırır ki, orucluqda iftardan əvvəl ehsan süfrələrində iştirak etməkdən qəti şəkildə çəkinsinlər. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək. Əhalidən xahiş edirik ki, belə hallarla rastlaşdıqları təqdirdə QMİ-yə məlumat versin.
Diqqətə çatdırılır ki, Azərbaycan dindarları bu əziz günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən bütün qəhrəman övladlarımızın, o cümlədən Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsini yad edir, ruhlarına dualar oxuyurlar. Mübarək Ramazanda edilən duaların qəbul olunacağına əmin olduğumuz üçün biz Allah-Təaladan dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük fədakarlıq göstərən Prezident İlham Əliyevə sonsuz xeyir-dualar diləyirik. Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin! Amin!.
Xəbər lenti
Hamısına baxDünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47

