Ruhun yeniləndiyi ay...
19.02.2026 [08:33]
Ramazanın ilk günüdür
Oruc tutanlar nələrə diqqət etməlidir?
Hər il İslam aləmi Ramazan ayını böyük bir səbirsizliklə gözləyir. Bu ay, təkcə oruc tutmaqla məhdudlaşmayan, həm də ruhun, vicdanın və qəlbin yenilənməsi üçün bir fürsətdir. Ramazan, insanları bir-birinə yaxınlaşdıran, mərhəməti, səbr və paylaşmağı öyrədən müqəddəs bir dövrdür.
Müqəddəsliyi və fəziləti Quran ilə təsbit edilən Ramazan ayı həmçinin 11 ayın sultanı kimi qəbul edilir. Bərəkət və əfvlə dolu, ictimai həyatda sosial yardım və həmrəyliyin gücləndiyi, ibadət həyatımızın zənginləşdiyi Ramazan ayının əvvəli rəhmət, ortaları bağışlanma, sonu cəhənnəmdən qurtuluşdur.
Bu ay həm də paylaşma, yardımlaşma və birlik ayıdır. Zəkat və fitrə vermək, ehtiyacı olanlara əl uzatmaq, insanı həm cəmiyyətdə, həm də öz daxilində möhkəm bağlarla birləşdirir. Ramazan boyunca qəlblər bir-birinə yaxınlaşır, insanlar arasında hörmət və səmimiyyət artır.
Bu gün - fevralın 19-u Ramazan ayının ilk günüdür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatına görə, bu il Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də qeyd olunacaq.
İslamın 5 şərtindən biri olan və möminləri mənəvi cəhətdən təmizləyən oruc da bu ayda tutulur. Deyilənə görə, Ramazan ayında cənnət qapıları açılır, cəhənnəmin qapıları bağlanır, şeytanlar zəncirlənir...
Əvəzsiz müalicə üsulu...
Oruc tutmaq orqanizmin sağlamlığı deməkdir. Mütəxəssislər də bəzi xroniki xəstəliklərin orucla müalicə edildiyi qənaətindədirlər. Oruc, eyni zamanda, bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur. Obez xəstələrinə oruc tutmaları xüsusilə tövsiyə edilir. Çünkin obez olan şəxslər Ramazanda oruc vasitəsiylə özlərinə yemək yemə mövzusunda nəzarətetmə fürsəti tapa bilərlər. İşi, sağlamlığı ilə bağlı qayğıları olmayan insanın oruc tutması mütləqdir.
Oruc tutmaq bu insanlar üçün risklidir...
Oruc bu gün də öz əhəmiyyətini qoruyur və aktuallığını itirməyib. Lakin Ramazan ayında oruc tutmaq bəzi insanlar üçün riskli hesab olunur. Məsələn, hamilələr, uşaq əmizdirən analar, şəkər xəstələri, ürək-damar sistemi ilə bağlı xəstəliyi olanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, ciddi psixoloji problemləri olanlar, yetkinlik yaşına çatmayan uşaqlar və kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələrinin oruc tutması məsləhət görülmür.
Həddi buluğa çatmayan uşaqların oruc tutması vacib deyil. Qızların 9 yaşından başlayaraq oruc tutmağa imkanı varsa, riayət edə bilərlər. Oğlanlara isə 15 yaşından etibarən sağlamlıqları, orqanizmi imkan verirsə, əməl etsinlər. Bu yaşdan kiçiklərə oruc vacib deyil.
Orucu pozan əməllər...
Ramazan ayında günah hesab olunan əməllər, digər aylarda da günah sayılan əməllərlə eynidir. Ancaq bu ayda həmin əməllərə yol verilməsi orucun müqəddəsliyi səbəbindən ikiqat günah sayılır.
Yalan, böhtan və yalan danışmaq: Ramazan ayında sözlərimiz daha diqqətli olmalıdır. Yalan danışmaq, başqasını aldatmaq, böhtan atmaq, ədalətsiz davranmaq böyük günahlardandır.
Hirs və pis davranış: İnsanlara qarşı aqressiv, əsəbi və ya hörmətsiz olmaq orucun ruhuna ziddir. Peyğəmbərimiz (s) buyurur ki, oruc yalnız aclıqdan ibarət deyil, pis söz və davranışdan da çəkinməkdir.
Qadağan edilmiş əməllər sırasında oğurluq və digər haram əməllər də var. Eyni zamanda dini ibadətlərdə tənbəllik də orucun ruhuna ziddir. Deyilənə görə, Ramazanda dua və zikrdən uzaq qalmaq da mənəvi günah hesab olunur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

