AzərTAc-ın kollektivi qanlı Yanvar faciəsinin 25-ci ildönümünü qeyd edib
20.01.2015 [09:39]
Azərbaycan Dövlət Teleqraf Agentliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciədən bəhs edən qısa film nümayiş olunub.
AzərTAc-ın baş direktoru Aslan Aslanov Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən, bu qırğına bais olmuş imperiya rəhbərlərinin məkrli niyyətlərindən bəhs edib. Xalqımızın həmin ağır günlərində Ümummilli lider Heydər Əliyevin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı hadisələri pislədiyini, totalitar sovet rejiminin insanlıq əleyhinə olan siyasətinə kəskin etiraz bildirdiyini diqqətə çatdırıb.
Tədbirdə faciənin şahidləri çıxış edərək öz acı xatirələrini bölüşüb, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mücadiləsi tarixində oynadığı rol barədə mülahizələrini bildiriblər. Həmin qanlı hadisələrin, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğunu vurğulayıblar.
20 Yanvar faciəsinə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıblar.
Qeyd ediblər ki, Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin problemlərinin dövlət səviyyəsində həll olunması istiqamətində mühüm qərarlar qəbul olunub.
Mərasimdə faciənin 25-ci ildönümü ərəfəsində işıq üzü görmüş, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu da təqdim edilib.
Qeyd olunub ki, kitab-albomda 20 Yanvar hadisələrinin miqyasını, Azərbaycan xalqının 25 il əvvəl yaşadığı faciəni əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Bu nəşr faciə haqqında əsl həqiqətlərin indiki və gələcək nəsillərə, eyni zamanda, dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Layihənin əsas məqsədi 20 Yanvar hadisələrinə dair fotoşəkilləri və sənədləri küll halında təqdim etmək, oxucuda faciə barədə aydın və obyektiv təsəvvür yaratmaqdır.
Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsinə 25 ildən sonra baxış kimi də səciyyələndirilə bilən bu kitab-albomda keçmiş sovet ordusunun Bakıda törətdiyi hərbi cinayətlərlə yanaşı, Azərbaycan xalqının azadlıq mübarizəsinin tarixi mərhələləri, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər də əksini tapır.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30

