Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Musa Quliyev: Dəbdəbəli toyların keçirilməməsində ilk növbədə cəmiyyətdə tanınmış adamlar nümunə olmalıdırlar

Musa Quliyev: Dəbdəbəli toyların keçirilməməsində ilk növbədə cəmiyyətdə tanınmış adamlar nümunə olmalıdırlar

10.09.2014 [09:52]

Milli Məclisin üzvü Azərbaycanda toyların dəbdəbəli keçirilməsi ənənəsinin aradan qaldırılması üçün ölkənin tanınmış ziyalılarını, məmurlarını insanlara nümunə olmağa çağırıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev “Trend”-ə deyib ki, yas mərasimlərində yemək verilməsi İslam qaydalarına uyğun deyil. Buna görə də yerlərdə yas mərasimlərinin keçirilməsi ilə bağlı yaxşı bir təşəbbüsə start verilib: “Amma arzu edərdim ki, bu, yarımçıq qalmasın və davam etsin, ənənə halını alsın. Və gələcəkdə icra hakimiyyəti, yaxud digər dövlət qurumlarının müdaxiləsi olmadan insanlar öz mərasimlərini İslam dininin qaydalarına uyğun keçirsinlər”.
Hazırda insanların dəbdəbəli toyların keçirildiyi restoranlara daha çox üz tutduğunu deyən M.Quliyevin sözlərinə görə, toyların təntənəli keçirilməsində yalnız restoran sahiblərinin deyil, müğənnilərin, bəzi xidmət sahiblərinin də marağı var: “İndi harada daha dəbdəbəli toy keçirilirsə, gənclər ora gedirlər. Amma yavaş-yavaş bu məsələni də qaydasına qoymalıyıq. Hesab edirəm ki, ilk növbədə, cəmiyyətdə tanınmış adamlar - dövlət qurumlarında işləyən məmurlar, siyasətçilər, ziyalılar bu məsələdə nümunə olmalıdırlar. Bu qüsurlu stereotip qırılmalıdır. Buna isə zaman lazımdır. Bunun tezliklə inzibati yolla həyata keçiriləcəyinə də inanmaq mümkün deyil”.
O, hesab edir ki, toy məclislərinin təşkilinin tənzimlənməsi üçün zaman lazımdır: “Yas mərasimlərində ehsanlar ancaq çay süfrəsi verilməklə 1-2 il ərzində keçirildikdən sonra toyun təşkilinin tənzimlənməsi məsələsini də gündəmə gətirmək olar”.
Onun fikrincə, amma indi həm toy, həm də yas mərasimlərinin keçirilməsi inzibati qaydada məhdudlaşdırılsa, onda problemlər yaranar və bu, öz müsbət nəticəsini verməz.

Paylaş:
Baxılıb: 1686 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30