/ / Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi
Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi
12.06.2014 [09:32]
İyunun 11-də “Səs” qəzetinin redaksiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”da Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, fəal gənclər iştirak ediblər.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, tədbirin məqsədi Milli Qurtuluş Gününə qədərki və ondan sonrakı hadisələri canlı şahidlərin iştirakı ilə təhlil etmək və gənc nəslin diqqətinə çatdırmaqdır.
“Dəyirmi masa”da Ulu öndər Heydər Əliyevin 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıtmasından başlayıb, 1993-cü ilin iyununda xilaskar missiyası ilə Naxçıvandan Bakıya gəlməsinədək olan dövrlərin canlı şahidləri öz xatirələrini bölüşüblər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov həmin dövrlərdə Naxçıvanda baş verən hadisələrdən danışıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik edən qüvvələrin düşünülməmiş siyasəti, səriştəsizliyi və bacarıqsızlığı müstəqilliyini yeni bərpa etmiş ölkəmizi uçuruma doğru aparırdı. 1993-cü ilin iyununda Azərbaycanda böhran son həddə çatmışdı. Belə bir ağır, taleyüklü məqamda xalqımız siyasi müdriklik və əsl uzaqgörənlik nümayiş etdirərək yeganə xilaskarına - görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutdu və Onu təkidlə hakimiyyətə dəvət etdi.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı əsaslı dönüş nöqtəsi oldu. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Novruz Məmmədov vurğulayıb ki, 1993-cü ildə Ümummilli liderin hakimiyyətə qayıdışı ilə Azərbaycanın parçalanmasının, məhv olmasının qarşısı alındı, dövlətçiliyimiz qorunub saxlanıldı, ölkəmizin təhlükəsizliyinin təməl prinsipləri hazırlandı.
Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, o vaxt ölkədə çox mürəkkəb vəziyyət hökm sürürdü. Bəzi qüvvələr bütün imkanlardan istifadə edib hakimiyyətə gəlmək istəyirdilər. Onlar, eyni zamanda, Ümummilli lider Heydər Əliyevin də hakimiyyətə gəlməsinə qarşı çıxırdılar. Bunun üçün müxtəlif imkanlardan istifadə edir, hər vəchlə maneələr yaradırdılar. Hətta Ulu öndəri müdafiə edənlər həbs olunurdular. Buna baxmayaraq, xalq Heydər Əliyevi dəstəklədi və təkidlə Onun hakimiyyətə qayıdışını tələb etdi.
Novruz Məmmədov qeyd edib ki, hakimiyyətdə olmadığı vaxtlarda belə Heydər Əliyev Öz yanaşması, dahiyanə ideyaları ilə siyasi proseslərdə fəal iştirak edirdi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı o dövrdə ən mühüm hadisələrdən biri oldu. Ulu öndər Azərbaycan dövlətinin maraqlarının qorunub saxlanması üçün tarixi xidmətlər göstərib.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Heydər Əliyev ən çətin, müharibə şəraitində olan vaxtda Azərbaycanı elə təməl üzərində qurdu ki, ölkəmiz bu gün məhz həmin təməl üzərində inkişaf edir. Bizim bu günümüz də Heydər Əliyevlə bağlıdır. Biz hər gün mürəkkəb proseslərdə Ulu öndərin ruhunu, fikirlərini, mövqeyini görürük, hiss edirik.
Novruz Məmmədov “dəyirmi masa”da Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Ulu öndərlə işlədiyi yeddi ildə onun 70-80 ölkənin rəhbərləri ilə görüşlərinin şahidi olduğunu vurğulayan Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Bu müddətdə mən Ona bərabər ikinci bir dövlət başçısı, şəxsiyyət görmədim”.
Şöbə müdiri deyib ki, Azərbaycandakı bugünkü sabitlik, ölkənin dinamik inkişafı Heydər Əliyev dühasının nəticəsidir. Bizim sabitliyimiz və inkişafımız heç bir ölkə ilə müqayisə oluna bilməz. Bu, həm də onunla əlaqədardır ki, Ümummilli liderin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və başqaları bildiriblər ki, 1993-cü ilin iyununda məhv olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanda Ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə yeni bir dövr başlandı. Ümummilli lider uzaqgörən və müdrik siyasəti ilə xalqımızı, dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi. Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, separatçı qüvvələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik bərpa olundu, demokratik dövlət quruculuğu prosesinə başlanıldı. Ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Müstəqillik, azərbaycançılıq, ədalət, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərə söykənən qabaqcıl ideologiya dövlət quruculuğu prosesinin əsas siyasi xəttinə çevrildi. Məhz buna görə də 1993-cü il iyunun 15-i Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

