Azərbaycan gəncliyi ölkəmizin gələcəyini Prezident İlham Əliyevin siyasəti ilə bağlayır
24.10.2013 [08:58]
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Fəvvarələr Meydanı”nda yerləşən “Nərgiz” Ticarət Mərkəzindəki “Dalida” restoranında gənclər üçün tədbir keçirilib. Tədbirdə rayon ərazisində yerləşən ali təhsil və orta ixtisas müəssisələrinin tələbələri, sənaye, mədəniyyət, elm və təhsil sahəsində çalışan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və digər sahələri təmsil edən gənclər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova öncə oktyabr ayının 9-da ölkəmizdə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə gəncləri təbrik edib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.
Xalidə Bayramova Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən bəhs edib, sosialyönümlü layihələrin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. Bu kontekstdə Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda da əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Həmçinin, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin səmərəli nəticələrindən bəhs edən natiq Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov isə bildirib ki, oktyabrın 9-da keçirilən prezident seçkilərində xalqımız cənab İlham Əliyevə səs verməklə ölkə başçısını alternativsiz lider kimi dəyərləndirdiyini nümayiş etdirdi: “Bununla bir daha isbat olundu ki, Azərbaycan cəmiyyətinin əksəriyyəti Prezident İlham Əliyevə dərin inam və etimad bəsləyir. Azərbaycan gəncliyi də ölkəmizin gələcəyini Prezident İlham Əliyevin siyasəti ilə bağlayır”.
YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Fərəcov isə vurğulayıb ki, cənab İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi uğurlu siyasət xalqımız tərəfindən dəstəklənir: “Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir”.
Tədbir populyar incəsənət xadimlərinin çıxışı ilə davam edib.
NURLAN
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20

