Prezident İlham Əliyev jurnalistlərin əsl dostudur!
06.10.2013 [15:41]
Media nümayəndələri dövlət başçısının növbəti dəfə “Jurnalistlərin dostu” seçilməsini yüksək qiymətləndirirlər
Xəbər verdiyimiz kimi, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) “Jurnalistlərin dostu” mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev ümumi səslərin 89 faizini toplayaraq növbəti dəfə “Jurnalistlərin dostu” seçilib. Qeyd edək ki, sorğu qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirilib. Ümumilikdə, 100 respondent-media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: “Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?”. Sorğu anketinə 3 şəxsin adını yazmaq imkanı olub. Rəyi soruşulanların yalnız 20 faizi sualı cavablandırarkən birdən artıq şəxsin adını qeyd edib.
Qeyd edək ki, “RUH” AJMK-nın “Jurnalistlərin dostu” mükafatını təsis etməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.
Vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyevin yenidən “Jurnalistlərin dostu” adına layiq görülməsi tamamilə qanunauyğundur. Bu seçim ölkə Prezidentinin respublikamızda demokratiyanın, fikir plüralizminin dərinləşməsinə, azad mətbuatın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi qayğıya çoxsaylı mətbuat orqanlarının və media təmsilçilərinin verdiyi qiymət kimi dəyərləndirilir. “RUH” AJMK-nın keçirdiyi sorğunun nəticələrinə münasibət bildirən həmkarlarımız da bu qənaətdədirlər.
“qhtxeber.az” saytının baş redaktoru Sənan Nəcəfov hesab edir ki, “RUH” AJMK-nın keçirdiyi sorğuda Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini yüksək qiymətləndirmək lazımdır: “Ədalətli qərardır. Ötən bir ildə mətbuatın inkişafı üçün atılan addımlar, KİV-ə Dövlət Dəstəyi Fondu vasitəsilə həyata keçirilən layihələr qərarın doğruluğunu isbatlayır. Amma görülən işlər tək bununla bitməyib.
Çox maraqlıdır ki, müxalif fikirli jurnalist Nicat Dağların müalicəsini cənab Prezidentin Öz şəxsi nəzarətinə götürməsi haqda çox az danışılır. Başa düşüləndir. Kişi etdiyini deməz. Amma Nicat Dağların son yazısı bir daha əsas verir ki, biz bu məsələni xatırlayaq. Bu, bir jurnalistə dost münasibət deyildi, bu insanlıq nümunəsi idi. Jurnalistin 2 övladına ata sevgisini qaytarmaq qədər böyük bir insanlıq!
Bundan başqa, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar, onlar üçün mənzillərin inşa edilməsi və paylanılması, bu işin davam etdirilməsi ilə bağlı Sərəncamın imzalanması Prezident İlham Əliyevin jurnalistlərin dostu olduğunu sübuta yetirən faktlardır.
İllər uzunu kirayə mənzildə yaşayan qələm sahiblərinə, siyasi mənsubiyyətindən asılı olmayaraq mənzili olmayan jurnalistlərə bu sevinci yaşadan cənab İlham Əliyevi təkcə “dost” adlandırmaq azdır.
Bundan başqa, jurnalistlərin ali dövlət mükafatları ilə təltif olunması və hər kəsə məlum olan faktlar dövlətimizin, xüsusilə, Prezident İlham Əliyevin Azərbaycan mətbuatına diqqətinin bariz nümunələridir. O, əsl dostdur”!
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın fikrincə, 2013-cü il Azərbaycan mediası üçün çox önəmli, yaddaqalan il olacaq: “Bu da ilk növbədə kütləvi informasiya vasitələrində çalışan 156 jurnalistin mənzillə təmin olunması ilə bağlıdır. Eyni zamanda, bu il Azərbaycan Prezidenti jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün daha bir binanın tikilməsi haqda növbəti Sərəncam verib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən bu il də 30-dan artıq qəzetin layihəsi maliyyələşdirilib. Bu il media ictimaiyyəti üçün xoş hisslərlə qarşılanan olaylardan biri də, həyatı üçün böyük təhlükə yaranmış həmkarımız Nicat Dağların durumunun Prezidentin şəxsi nəzarətinə götürülməsi və onun müalicəsi üçün təcili tədbirlərin görülməsi, Nicatın yenidən öz normal həyatına, ailəsinə qayıtması oldu.
2013-cü ildə baş vermiş müsbət hadisələri nəzərə alaraq “Jurnalistlərin dostu” fəxri adının Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunmasını haqlı hesab edirəm”.
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da həmin sorğu anketində cənab İlham Əliyevə səs verib: “Həmin sorğu anketini mən də doldurmuşam. Kimi seçmişəmsə onun da adını yazmışam. Həmin anketdə seçimi əsaslandırmaq üçün qrafa da var. Həmin qrafalarda mən öz fikrimi də əsaslandırmışam. Səbəblərim də var: mətbuatın “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması, KİVDF-nin yaradılması və bütün aparıcı KİV orqanlarının maliyyələşdirilməsi. Jurnalistlərə mənzil verilməsi barədə Sərəncam 150-dən çox həmkarımızın üzünü güldürdü, ailələrə mənzil bəxş etdi. Ötən illər, o cümlədən, 2013-cü ildə redaksiyalara birdəfəlik maliyyə yardımları edilib. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün növbəti binanın tikilməsi haqqında Sərəncam imzalanıb. Həmkarımız Nicat Dağların həyata qayıtmasında ölkə Prezidentinin bir başa əməyi oldu. Bütün bunları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həyata keçirdi. Mətbuat işçilərinə göstərilən qayğı Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsinə əsas verir”.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

