Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / COP29 / Türkiyə mediası: COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlanıb

Türkiyə mediası: COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlanıb

14.11.2024 [20:33]

Azərbaycanda COP29 çərçivəsində Solomon adaları sahillərində dünyanın ən böyük mərcanının tapılması ilə bağlı elanın dərci Türkiyə mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin media strukturları “National Geographic” nəşrinin dəniz bioloqlarının Sakit okeanda tapılan mərcanın yaşının 300 ildən çox, ölçüsünün isə “mavi balina” uzunluğuna çatması ilə bağlı hesablamalarına diqqət çəkib.

“Mərcanın eni 34 metrdir ki, bu da beş tennis kortu ilə müqayisə edilə bilər. Onun diametri 32 metr, hündürlüyü isə 5,5 metrdir. Belə iri mərcanların çoxalma potensialı var ki, bu da onları qlobal istiləşmə şəraitində dağılan qayaların bərpasında mühüm elementə çevirir”.

Tədqiqatçılar mərcanın sağlam göründüyünü və canlı rənglərə malik olduğunu bildiriblər.

Solomon adalarının ətraf mühit naziri Trevor Manemahaqa deyib: “Biz istəyirik ki, dünya bizim ölkənin xüsusi bir bölgədə yerləşdiyini başa düşsün”.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31