Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Avropa / Ukrayna artıq F-16 qırıcılarının ilk partiyasını alıb

Ukrayna artıq F-16 qırıcılarının ilk partiyasını alıb

01.08.2024 [11:45]

Ukrayna Qərb tərəfindən müdafiə yardımı çərçivəsində artıq F-16 qırıcılarının ilk partiyasını alıb. Onların sayı haqqında məlumat yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Gabrielius Landsbergis X (keçmiş tviter) hesabında bildirib.

“F-16 Ukraynadadır. Daha bir qeyri-mümkün olan şeyin tamamilə mümkün olduğu ortaya çıxdı”, - deyə Landsbergis qeyd edib.

Eyni zamanda, adının açıqlanmasını istəməyən ABŞ rəsmisi “Reuters” agentliyinə qırıcıların çatdırılmasının başa çatdığını bildirib.

Qərb xəbər agentliyi həmçinin əlavə edir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri “Reuters”in şərhlə bağlı sorğusuna dərhal cavab verməyib.

Paylaş:
Baxılıb: 748 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30