Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

17.10.2026 [20:33]

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna hücumlardan birini həyata keçirib. Düşmən 15-dən çox mühüm enerji obyektini hədəfə alıb.

Bu barədə AZƏRTAC Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalına istinadla xəbər verir.

Onun sözlərinə görə, Lutsk, Rovno, Jitomir, Vinnitsa, Şepetovka, Slavuta və Netişin şəhərlərində vəziyyət daha ağır olub.

Xarkov və Kiyev vilayətlərində, Dnepr bölgəsində, eləcə də digər vilayətlərdəki enerji obyektləri də hücuma məruz qalıb.

Oktyabrın 16-sı axşamdan oktyabrın 17-si səhərədək Rusiya 320-dən çox reaktiv və benzin mühərrikli “Şahed” pilotsuz uçuş aparatından, eləcə də qanadlı və ballistik raketlərdən istifadə edib.

“Döyüşçülərimiz bu vasitələrin böyük hissəsini vurmağa nail olsalar da, Rusiyanın hücumlarının kütləvi və fasiləsiz xarakter daşıması, xüsusilə də enerji infrastrukturunun hədəfə alınması, təəssüf ki, çoxsaylı mənfi nəticələrə səbəb olur”, – deyə prezident qeyd edib.

Zelenski, həmçinin Avropadakı tərəfdaşların Ukraynaya dəstək məqsədilə yeni yardım paketləri hazırladığını bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Energetika Nazirliyi oktyabrın 17-nə keçən gecə və həmin gün səhər saatlarında Rusiyanın ölkənin 10 vilayətindəki enerji obyektlərinə hücum etdiyini bəyan edib. Nəticədə elektrik enerjisi istehlakçılarının bir hissəsi işıqsız qalıb.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31