Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

15.10.2026 [09:34]

Çinin “Zhuque-2E Y4” raketdaşıyıcısı 10 peyki təyin olunmuş orbitə uğurla çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılış Qansu əyalətində yerləşən Dunfın (Dongfeng) Kommersiya Kosmik Buraxılış İnnovativ Eksperimental Zonasından həyata keçirilib.

Orbitə göndərilən peyklərdən 8-i "Adaspace Technology" kommersiya aerokosmik şirkətinə məxsus "Xinshidai" seriyasıdır. Bu peyklər yüksək performanslı hesablama modulları, sürətli lazer rabitə avadanlıqları və gecə görüntüləmə kameraları ilə təchiz olunub. Layihənin məqsədi 2800 süni intellekt peykindən ibarət qlobal orbital hesablama şəbəkəsi yaratmaqdır. Bu sistem Yer səthindəki obyektləri və hadisələri izləyib təhlil edərək nəticələri birbaşa yerüstü stansiyalara ötürəcək.

Missiya çərçivəsində kosmosa buraxılan digər iki peyk – "Guangchuan-03" və "Guangchuan-04" isə peyklərarası lazer rabitəsi vasitəsilə qlobal peyk interneti şəbəkəsinin qurulması üçün nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31