Azərbaycan Prezidentinin təşəbbüsü ilə…
09.10.2026 [13:39]
İlham Əliyev: Biz Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi tarixi səylərin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə səmimi-qəlbdən ümid edirik
Sülh bəşəriyyətin ən ali dəyəri, dünyanın xilası üçün ən fundamental şərtdir. Qlobal miqyasda təhlükəsizliyə yönəlik təşəbbüslər, münaqişələrin qarşısının alınması və dövlətlərarası əməkdaşlığın gücləndirilməsi hər zaman yüksək qiymətləndirilib. Bu gün dünyada baş verən proseslər, güc mərkəzləri arasında artan gərginlik və regional müharibələrin yaratdığı təhdidlər sülhün nə qədər vacib olduğunu bir daha göstərir. Azərbaycan da 30 ildən artıqdır ki, regional sabitlik və əməkdaşlıq gündəliyinin fəal iştirakçısı kimi çıxış edir. Ölkəmiz həm regionda sülhün bərqərar olması, həm də qlobal əməkdaşlıq mexanizmlərinin güclənməsi istiqamətində ardıcıl təşəbbüslər irəli sürür, siyasi dialoq və qarşılıqlı etimadın təşviqinə töhfə verir.
Azərbaycanın sülhpərvər siyasəti yalnız regional çərçivə ilə məhdudlaşmır. Rəsmi Bakı beynəlxalq arenada sülh təşəbbüslərinə, qlobal təhlükəsizliyə xidmət edən liderlərin fəaliyyətinə obyektiv yanaşır və bu səyləri dəyərləndirir. Məhz bu kontekstdə ötən il ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi sülhpərvər addımlar Azərbaycanda yüksək qiymətləndirilmiş və onun müxtəlif regional böhranların azaldılması, qlobal gərginliklərin yumşaldılması və dövlətlərarası dialoqun gücləndirilməsi istiqamətində atdığı addımlar nəzərə alınaraq, Azərbaycan Prezidenti tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilməsi təşəbbüsü irəli sürülmüşdü. Bu addım yalnız Trampın fəaliyyətinə verilən qiymət deyil, eyni zamanda Azərbaycanın sülhə, təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa verdiyi böyük dəyərin bariz göstəricisi sayılır.
Sülhün irəlilədilməsində tarixi rol…
Prezident İlham Əliyev oktyabrın 9-da “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, Prezident Donald Tramp 2025-ci il avqustun 8-də ev sahibliyi etdiyi Vaşinqton Sülh Sammitində Azərbaycan və Ermənistan arasında sülhün irəlilədilməsində tarixi rol oynayıb. Paylaşımda, həmçinin deyilir: “Onun sülh prosesinə verdiyi mühüm töhfənin tanınması məqsədilə mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərib.
Biz Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi tarixi səylərin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə səmimi-qəlbdən ümid edirik”.
Azərbaycanın qlobal dünyaya mesajı…
Azərbaycanın bu təşəbbüsü beynəlxalq ictimaiyyətə açıq mesajdır: sülhün təşviqi və münaqişələrin aradan qaldırılması bəşəriyyət üçün ən vacib missiyadır. Dövlətimiz özünəməxsus şəkildə göstərir ki, qlobal səylərə dəstək vermək, sülh yönümlü siyasəti olan liderləri dəyərləndirmək, beynəlxalq dialoqu gücləndirmək XXI əsrin əsas prioritetlərindən biridir. Bu həm Azərbaycanın sülh fəlsəfəsinə sadiqliyinin, həm də gələcək təhlükəsiz dünya düzəni naminə göstərdiyi prinsipial mövqenin təzahürüdür. Bunu beynəlxalq aləm də görür və dəyrələndirir – təsadüfi deyil ki, ötən ilin dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlamışdı. ABŞ Prezidenti məktubunda Azərbaycan Prezidentinə onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək üçün məktubuna görə təşəkkür etmiş və bildirmişdi ki, "bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm. Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq".
Bakının sülh yanaşması Vaşinqtonun sülh ideyaları ilə səsləşir
Azərbaycan ilə Donald Trampın sülh yanahşmalarında mühüm uyğunluqlar diqqəti cəlb edir – bu fakt hətta son iki ildə müxtəlif beynəlxalq platformalarda açıq şəkildə özünü göstərib. Ötən ilin avqust ayında keçirilən üçtərəfli Vaşinqton Sammiti zamanı, eləcə də ötən ilin payızında Misirdə təşkil olunan Qlobal Sülh Sammitində və Nyu Yorkda baş tutan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində də Trampın fikirlərin bunu tam şəkildə ortaya qoyulub Bu mövqe göstərir ki, Bakı və Vaşinqton arasında sülh və təhlükəsizlik sahəsində formalaşan yeni əməkdaşlıq xətti getdikcə daha sistemli xarakter alır. Bu da təsadüfi deyil. Azərbaycan uzun illərdir regionda sabitliyi təşviq edən, münaqişələrin aradan qaldırılmasına yönəlmiş təşəbbüslər irəli sürən dövlət kimi tanınır.
Donald Trampın son iki ilə yaxın müddətdə həyata keçirdiyi diplomatik təşəbbüslər isə beynəlxalq münasibətlər sisteminə yeni nəfəs gətirib. Xüsusilə Yaxın Şərqdə, Afrikada, Asiyada uzun illər davam edən qarşıdurmaların yumşaldılması, region ölkələri arasında etimad mühitinin formalaşdırılması və təhlükəsizlik dialoqunun bərpa edilməsi Tramp administrasiyasının əsas nailiyyətləri sırasındadır. Trampın diplomatik xəttinin əsas xüsusiyyətlərindən biri proseslərin uzadılmasına deyil, konkret nəticələrə hesablanmasıdır. Qısa zamanda 10-a yaxın müxtəlif münaqişənin dayandırılmasına vasitəçilik etmək onun sülhə yönəlik praqmatik yanaşmasını təsdiqləyir.
Donald Tramp Prezident İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirir
Donald Tramp müxtəlif çıxışlarında və diplomatik mövqelərində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirdiyini dəfələrlə bildirib. Bu qiymət yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də qlobal səviyyədə Azərbaycanın sülh, təhlükəsizlik və sabitlik istiqamətində həyata keçirdiyi siyasətin tanınmasının göstəricisidir. İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda ədalətli, davamlı və qarşılıqlı hörmətə əsaslanan sülh modelini formalaşdırıb. Tramp bu siyasətin real nəticələr verdiyini açıq şəkildə vurğulayıb. Donald Trampın ikinci dəfə prezident seçilməsi Azərbaycan – ABŞ münasibətlərinə də yeni dinamika gətirib. Ötən dövr ərzində iki prezident arasında qarşılıqlı məktub yazışmaları, bir neçə görüş olub. Münasibətlərin bu cür yüksək tonda inkişafının ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin sülhpərvər mövqeyinin ABŞ tərəfindən xüsusi olaraq qeyd edilməsidir. Prezident Əliyevin münaqişələrdə dialoqa əsaslanan həll mexanizmlərini dəstəkləməsi Tramp tərəfindən daima yüksək dəyərləndirilib. Beləliklə, iki lider arasında münasibətlər həm də iki ölkənin strateji baxışlarının üst-üstə düşməsi fonunda formalaşmış siyasi reallıqdır. Azərbaycanın regional liderlik mövqeyi və sülhə verdiyi töhfələr ABŞ tərəfindən obyektiv şəkildə dəyərləndirilir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

