Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Ağdam rayon təşkilatında müşavirə keçirilib

YAP Ağdam rayon təşkilatında müşavirə keçirilib

09.10.2026 [12:48]

Ağdam rayonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilmişdir. Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı tərəfindən keçirilən tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev,  YAP Mərkəzi Aparatının məsul əməkdaşı Rəşad Abbaszadə , Milli Məclisin deputatı Xanlar Fətiyev, YAP-ın VIII Qurultayının nümayəndələri Tünzalə Vəliməmmədova, Mətanət Misirxanova, ərazi partiya təşkilatının sədrləri, rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Onun əziz xatirəsini yad etmişlər. Daha sonra Heydər Əliyev Mərkəzində tədbirin rəsmi hissəsi davam etdirilmiş,  çıxışlardan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Həmçinin Dövlət Himni səsləndirilmişdir.

Müşavirəni giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev açaraq bildirdi ki,  Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm mərhələni ifadə edən hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin geniş siyasi müzakirə platformasına çevrildi. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı dövlətçilik tariximizin son onilliklərində formalaşmış siyasi xəttin nəticələrinə və Azərbaycanın yeni mərhələdə qarşısında dayanan vəzifələrə konseptual baxış təqdim etdi.

Mansur Quliyev qeyd etdi ki, Azərbaycanın əldə etdiyi Zəfərin mahiyyətini düzgün dərk etmək üçün onun hansı tarixi-siyasi şəraitdə qazanıldığını xatırlamaq vacibdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə yalnız hərbi üstünlüyün nəticəsi deyildi. Bu Zəfərin arxasında uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyat, hərbi potensialın ardıcıl şəkildə artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və ən əsası, xalq-dövlət birliyi dayanırdı. O bildirdi ki, Prezident İlham Əliyevin VIII Qurultayda çıxışının mühüm məqamlarından biri də Zəfərin tarixi başlanğıclarının Yeni Azərbaycan Partiyasının yaradılması və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə əlaqələndirilməsidir. Bu yanaşma Azərbaycanın müasir dövlətçilik tarixində siyasi varislik və strateji davamlılıq məsələsinin əhəmiyyətini bir daha ön plana çıxarır.

Daha sonra çıxış edənlərdən YAP Mərkəzi Aparatının məsul əməkdaşı Rəşad Abbaszadə, YAP-ın VIII Qurultayının nümayəndələri Tünzalə Vəliməmmədova, Mətanət Misirxanova bildirdilər ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının  hər bir qurultayı qəbul olunan mühüm qərarlarla, irəli sürülən təkliflərlə, bu günümüzə və gələcəyimizə xidmət edən çağırışlarla tarixə yazılır və Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın müstəqillik tarixinin reallıqlarının öyrənilməsi, indiki və gələcək nəsillərə çatdırılması üçün zəngin mənbədir. 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirlimişdir.

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31