Məkkə sazişi aktivləşdi
07.10.2026 [10:58]
Üç ölkə hərbi gücünü birləşirir
Bu ilin avqustunda yaranan Məkkə Birgə Müdafiə Sazişi aktivləşir. Belə ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər - hər üç ölkə təhdidlərə qarşı hazırlıqlarını, hərbi inteqrasiyanı və kollektiv imkanlarını gücləndirmək məqsədilə Səudiyyə Ərəbistanına razılaşdırılmış hərbi qüvvələr və imkanlar, eləcə də onların sürətli yerləşdirilməsi ilə bağlı addımlar atmaq barədə qərar qəbul edib. Ər-Riyadda baş tutan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Xarici İşlər nazirlikləri Məkkə Müdafiə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə iclasından sonra birgə bəyanat yayıblar.
Məkkə sazişi tərədaşları Səudiyyə Ərəbistanına hərbi qüvvələr yerləşdirəcək
Birgə bəyanatda bildirilib ki, 5 oktyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Məkkə Müdafiə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə iclası keçirilib və burada üç ölkənin Səudiyyə Ərəbistanının üzləşdiyi təhlükəsizlik inkişafları və təhdidləri müzakirə ediblər. Tərəflər hər bir dövlətin təhlükəsizliyinin üç ölkənin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu vurğulayıblar. Komitə kollektiv müdafiə öhdəliklərinin dərhal yerinə yetirilməsinə və bu kontekstdə, tərəflərin milli qanunvericiliyinə uyğun olaraq, təhdidlərə qarşı hazırlığı, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirmək üçün razılaşdırılmış müddəalar çərçivəsində Səudiyyə Ərəbistanına hərbi qüvvələr və imkanlar təmin etmək üçün tədbirlərin görülməsinə, eləcə də onların sürətli yerləşdirilməsinə çağırış edib.
Pakistanlı polkovnik Baş katib təyin olunub
Bəyanatda Məkkə və Mədinənin vurulması cəhdləri, eləcə də Səudiyyə Ərəbistanındakı şəhərlərə, mülki və iqtisadi hədəflərə davam edən hücumlar ən sərt şəkildə pislənilib və tərəfdaş ölkələrin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı bir hücumu və ya təhdidi qəti şəkildə rədd etdiyi qeyd olunub. Türkiyə və Pakistan Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin döyüş hazırlığını və ölkənin təhlükəsizliyini, ərazi bütövlüyünü təhdid edən hücumlardan qorunmaqda nümayiş etdirdiyi peşəkarlığı, yüksək səviyyəli səriştəni yüksək qiymətləndiriblər: “Komitə iclasdan əvvəl keçirilən siyasi və hərbi məsləhətləşmələrin nəticələrini qiymətləndirərək, ona təqdim edilən təklifləri təsdiqlədi və onların Məkkə Müdafiə Alyansının kollektiv müdafiəyə və təhdidlərlə birgə mübarizəyə güclü sadiqliyini əks etdirdiyini vurğuladı.”
Sənəddə bildirilir ki, Məkkə Müdafiə Sazişinin öhdəliklərinin praktik tədbirlərə çevrilməsi kollektiv müdafiəyə sadiqliyin etibarlılığını nümayiş etdirir, çəkindirməni gücləndirir və sazişin müddəalarına uyğun olaraq üç ölkənin təhlükəsizliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaqda birlik və qətiyyət nümayiş etdirir. Bəyanata görə, komitə təqaüddə olan pakistanlı general-polkovnik Nauman Mahmudu üç illik müddətə Baş katib təyin etmək qərarına gəlib. Tərəflər bu təyinatın alyansın inkişafına və məqsədlərinə çatmasına töhfə verəcəyinə əminliklərini bildirərək, Mahmuda yeni vəzifəsində uğurlar arzulayıblar.
Husilər Ər-Riyada hücum edir...
Qeyd edək ki, Məkkə sazişi ölkələrinin səfərbər olması Səudiyyə Ərəbistanı ilə Yəmən Husi üsyançıları arasında yenidən başlayan münaqişə fonunda inkişaf edir. Bir neçə gün əvvəl Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin lideri Rişad əl-Əlimi hərəkatın əlində olan ərazilər üzərində hökumət nəzarətini bərpa etmək üçün husilərə qarşı hərbi əməliyyatın başladığını elan edib. Vəziyyətin gərginləşməsi Səudiyyə Ərəbistanına artan təhdidlər fonunda baş verir. Sentyabr ayında husilər Yəmənin qərb sahillərinə hücum edərək Moça limanı, Bab əl-Məndəb boğazındakı Perim adası və Dubab şəhəri üzərində nəzarəti ələ keçirmişdilər. 28 sentyabrda Yəmən parlamenti hərəkata qarşı mübarizə aparmaq üçün ümumi səfərbərliyi təsdiqləyib. Husilərin irəliləməsi fonunda Səudiyyə Ərəbistanı Yəməndə yeni hərbi əməliyyat keçirməyi nəzərdən keçirib. “Reuters” agentliyinin xəbər verdiyi kimi, Ər-Riyad iki ssenarini müzakirə edib: Bab əl-Məndəb boğazı yaxınlığında hədəfə alınan zərbələr və Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən dəstəklənən Yəmən qüvvələrinin iştirak etdiyi daha genişmiqyaslı hücum.
Bu arada yəmənli husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və Rabihadakı “Aramco” neft emalı zavoduna ballistik raket və dronlarla hücum ediblər. Bu barədə “Əl-Cəzirə” husilərin sözçüsü Yəhya Sariyə istinadla məlumat yayıb. Hücumlar Əbha hava limanını, Xamis-Muşaitdəki aviabazanı, eləcə də Nəcran və Cazan əyalətlərindəki bir sıra obyektləri əhatə edib.
Xatırladaq ki, Yəməndəki münaqişə 2014-cü ildə husilərin paytaxt Sənanı ələ keçirməsindən bəri davam edir. Beynəlxalq səviyyədə tanınmış hökumət əsasən ölkənin cənubuna və şərqinə, husilər isə Sənaya və şimal və qərbin böyük hissəsinə nəzarət edir. BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə əldə edilən atəşkəs döyüşlərə davamlı son qoymağa kömək etməyib.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

