Müstəqil Dövlətçiliyimizin Böyük Xilaskar Zəfəri
30.09.2026 [11:53]
1993-cü ilin 3 oktyabrı Azərbaycanın müasir dövlətçilik salnaməsində xalqımızın tarixi taleyini, suverenliyini və gələcək varlığını müəyyənləşdirən taleyüklü dönüş nöqtəsidir. XX əsrin sonlarında müstəqilliyini bərpa edən ölkəmizin üzləşdiyi dərin siyasi, iqtisadi, hərbi böhran, daxili xaos və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək həddinə gətirmişdi. Hakimiyyətdə olan siyasi səriştəsizlik, ordu quruculuğundakı pərakəndəlik və iqtisadi tənəzzül ölkəni parçalanma fəlakəti ilə üz-üzə qoymuşdu. Belə bir tarixi sınaq anında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin oktyabrın 3-də keçirilən ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəni fəlakətdən xilas edən yeganə müdrik və alternativsiz çıxış yolu oldu. Bu tarixi seçim bütöv bir ömrü Azərbaycanın inkişafına, xalqının rifahına həsr etmiş dahi dövlət xadiminin Liderlik fenomenini bir daha təsdiqlədi və milli dövlətçilik siyasətimizin sarsılmaz təməllərini müəyyən etdi.
Ulu Öndər Heydər Əliyevin siyasi idarəetmə fəlsəfəsi uzaqgörən planlama, dərin strateji təhlil və milli maraqların hər şeydən üstün tutulması prinsipinə əsaslanırdı. Dahi Rəhbər ilk gündən ölkənin gələcək inkişaf strategiyasını dəqiqliklə müəyyənləşdirərək, dəyişməz siyasi kursun əsasını qoydu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın iqtisadi müstəqilliyinin təməli qoyuldu, ardınca 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən ilk milli Konstitusiya ölkənin demokratik quruluşunu, hüquqi bazasını və uzunmüddətli inkişaf modelini hüquqi müstəvidə təsbit etdi. Ulu Öndər yaxşı bilirdi ki, dayanıqlı dövlət yalnız insan hüquq və azadlıqlarının, qanunun aliliyinin təmin olunduğu cəmiyyətdə mümkündür. Ulu Öndərin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinə həsr olunmuş təntənəli mərasimdə vurğuladığı kimi: "Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik." Bu strateji xətt sübut etdi ki, demokratiya Azərbaycan xalqı üçün kənardan diktə olunan dəyər deyil, məhz öz milli iradəsinin və tarixi seçiminin təbii təzahürüdür.
Heydər Əliyev şəxsiyyətinin miqyası yalnız ölkə hüdudları ilə məhdudlaşmırdı. O, beynəlxalq əməkdaşlıq əlaqələrini sürətlə inkişaf etdirərək Azərbaycanı qlobal siyasətin etibarlı, rəqabətqabiliyyətli və söz sahibi olan tərəfdaşına çevirdi. ATƏT-in İstanbul zirvə görüşü və digər beynəlxalq kürsülərdə bəyan edildiyi kimi, Azərbaycan dünyəvi dövlət olaraq öz köklü milli ənənələri ilə yanaşı, ümumbəşəri dəyərlərə də sadiqliyini nümayiş etdirdi. Bu, milli-mənəvi dəyərlərlə müasir dövlətçilik prinsiplərinin harmonik sintezini yaradan bənzərsiz bir idarəetmə məktəbi idi. Həmin məktəbin ana xəttini isə dövlət atributlarına — bayrağımıza, himnimizə, gerbimizə sonsuz sevgi, vətənpərvərlik və vətəndaşlıq məsuliyyəti təşkil edirdi. Müstəqil dövlətin təməl prinsipi ondan ibarətdir ki, qanunun aliliyini, insanların hüquq bərabərliyini təmin etmək dövlətin əsas vəzifəsi olduğu kimi, hər bir vətəndaşın da borcu öz fəaliyyətini qanun çərçivəsində qurmaq və dövlətçilik maraqlarına sədaqətlə xidmət etməkdir.
Bu gün qürurla qeyd edirik ki, Ulu Öndərin zərgər dəqiqliyi ilə müəyyən etdiyi strateji xətt onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə və qətiyyətlə davam etdirilir. 1993-cü ilin 3 oktyabrında qoyulmuş o möhkəm sarsılmaz təməl 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının əsas zəmininə çevrildi. Heydər Əliyevin böyük arzusu olan azad Qarabağ bu gün Müzəffər Liderimizin rəhbərliyi ilə yenidən dirçəlir, regionun çiçəklənən diyarına çevrilir. 3 Oktyabr seçimi xalqımızın gələcəyinə verilmiş ən müdrik qərardır və bu qərarın işığında Azərbaycan əbədi olaraq azad, qüdrətli və zəfər dolu yolla irəliləməkdə davam edəcəkdir.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17

