Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsi: investisiya, şaxələndirmə və dayanıqlı artım
28.09.2026 [11:53]
Azərbaycanın iqtisadi inkişaf strategiyası yeni mərhələyə qədəm qoyur. Sentyabrın 26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir bu baxımdan mühüm əhəmiyyət daşıdı. Dövlət başçısının forumda səsləndirdiyi fikirlər Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi prioritetlərini, investisiya imkanlarını və dayanıqlı inkişaf hədəflərini aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, indiyədək görülən işlər gələcək inkişaf üçün ilkin şərt formalaşdırıb. Sabit iqtisadiyyatın və müstəqil maliyyə-iqtisadi sistemin yaradılması Azərbaycanın qarşısında daha böyük inkişaf perspektivləri açıb. Məhz bu möhkəm təməl üzərində ölkənin müsbət iqtisadi dinamikasının daha da gücləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulur.
Azərbaycanın əlverişli investisiya mühiti beynəlxalq biznes dairələrinin ölkəmizə marağını davamlı şəkildə artırır. Prezidentin sözlərinə görə, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb və bunun yarısını birbaşa xarici investisiyalar təşkil edib. Bu göstərici ölkənin beynəlxalq investorlar üçün formalaşdırdığı etibarlı tərəfdaşlıq mühitinin miqyasını nümayiş etdirir.
Qarşıdakı dövr üçün əsas hədəflərdən biri iqtisadiyyatın neft-qaz sektorundan kənar sahələrdə mövcud potensialının daha geniş şəkildə reallaşdırılmasıdır. Prezident İlham Əliyev uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaq üçün yeni inkişaf istiqamətlərinin ön plana çıxarıldığını vurğuladı.
Bu istiqamətdə bərpaolunan enerji xüsusi yer tutur. Azərbaycanın həm quruda, həm də Xəzərin ölkəmizə aid sektorunda böyük enerji potensialı mövcuddur. Dövlət başçısı Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olduğunu bildirdi. Qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin ölkə üzrə genişləndirilməsi, elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və əldə olunan əlavə qaz resurslarının ixracına yönəldilməsi nəzərdə tutulur.
Enerji ilə yanaşı, logistika, nəqliyyat və rəqəmsal bağlantılar da Azərbaycanın yeni iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindəndir. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, müasir dəmir yolu, avtomobil, hava və dəniz infrastrukturu yaratması Azərbaycanı regional tranzit imkanları baxımından mühüm mövqeyə çıxarıb. Tranzit daşımalarının həcminin artırılması ilə yanaşı, rəqəmsallaşma, gömrük idarəçiliyinin təkmilləşdirilməsi və yeni ötürücü xətlərin yaradılması da investisiya imkanlarını genişləndirir.
Prezident İlham Əliyevin çıxışında mədənçilik, elektrik enerjisi, süni intellekt və data mərkəzləri, bərpaolunan enerji, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də perspektivli sahələr kimi diqqətə çatdırıldı. Xüsusilə mədənçilik sahəsində qəbul edilən yeni Dövlət Proqramının bu sektorda geniş fəaliyyətə təkan verəcəyi bildirildi.
Elektrik enerjisi sahəsində mövcud potensialın rəqəmsal inkişaf və süni intellekt texnologiyalarının tətbiqi ilə əlaqələndirilməsi də yeni iqtisadi imkanlar yaradır. Artan enerji potensialının data mərkəzlərinin fəaliyyətində istifadə edilməsi və elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm istiqamətlərindən biri kimi təqdim olunur.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti yalnız müzakirələrlə məhdudlaşmadı. Forum çərçivəsində bir sıra mühüm sənədlər imzalandı və onların mübadiləsi Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirildi.
Sənədlər sırasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı, SOCAR ilə “Comstock Resources”, “Apollo”, SEFE, “ExxonMobil”, “Oracle” və VNG arasında müxtəlif əməkdaşlıq sənədləri, həmçinin SOCAR-ın İtaliyanın “Eni” şirkəti ilə Kot-d’İvuardakı “Baleine” layihəsində iştirak payının əldə olunması ilə bağlı protokol yer aldı. Bundan başqa, Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın “UFlex Group” şirkəti arasında birgə müəssisə müqaviləsi, İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Group” arasında strateji tərəfdaşlıq və investisiya çərçivə sazişi, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə “Hong Kong Renteng International Trade Co. Limited” arasında investisiya müqaviləsi də mübadilə edilən sənədlər sırasında olub.
Bu sənədlər Azərbaycanın investisiya gündəliyinin genişliyini göstərməklə yanaşı, enerji, sənaye, rəqəmsal texnologiyalar, logistika və istehsal kimi müxtəlif istiqamətlərdə beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi potensialının beynəlxalq investorlara təqdim edilməsi ilə yanaşı, konkret əməkdaşlıq layihələrinin reallaşdırılması üçün mühüm platformaya çevrildi. Prezident İlham Əliyevin çıxışında ifadə olunan əsas mesaj isə aydındır: indiyədək yaradılmış sabit iqtisadi və maliyyə bazası yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsidir. Qarşıdakı dövrdə bu potensialın daha səmərəli reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və investisiya imkanlarının genişləndirilməsi Azərbaycanın dayanıqlı inkişafının başlıca istiqamətlərini təşkil edəcək.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

