Mədəniyyət dronları
26.09.2026 [08:51]
Başqa sivilizasiyalara təkliflər paketi göndəriləcək.
Cavab nə olursa-olsun, təkliflər bir neçə dəfə irəli sürüləcək. Onlara Mədəniyyət təklif ediləcək. Qəbul etməyənlər uzun prosedurlardan sonra cəzalandırılacaq.
Maraqlıdır ki, hələlik bu mesajlar Ədəbiyyat vasitəsilə edilir. Ədəbiyyat indidən öz dronlarını beyinlərə yerləşdirir, sabah isə bu dronlar sözün həqiqi mənasında uçacaq. Hələlik fantastika janrı ilə istehsal edilən dronların üzərinə müxtəlif etiketlər yapışdırılır - yazıçının adı, ölkəsi, dəyərləri və sair. Sonra isə başqa cür olacaq, adını Mədəniyyət qoyub umumiləşdirilmiş halda, sosial təkliflər paketi ilə birlikdə özünü yaxşı aparmayan sivilizasiyalarla müvafiq əlaqələr qurulacaq.
Bəs o Mədəniyyət paketinin içində göndərilən Ədəbiyyat necə olacaq? Ümumiyyətlə, başqa sivilizasiyalara Ədəbiyyat təklif ediləcəkmi? Bir vaxtlar kosmosa musiqi göndərirdilər. Ümid edirdilər ki, əvəzində ən azı radiodalğa alacaqlar. Hələ də bir xəbər çıxmayıb.
İndi isə məsələ tamam başqa cürdür. İş orasındadır ki, başqa sivilizasiyaları axtarmaq lazım olmayacaq. Onlar haradasa buralarda - bizim qalaktikada fırlanacaqlar. Özü də İlon Maskın mütaliə menyusunda olan əsas yazıçı - şotlandiyalı İen Benks (1954-2013) bunu deməyə çalışıb.
Benks solçu, ateist, İraq mübaribəsi zamanı öz pasportunu cırıb o vaxtkı baş nazir Toni Bleyerə göndərən adamdır. Onun elmi-fantastik əsərlərinin əksəriyyəti humanoid varlıqların supersivilizasiyalardakı həyatı və yaşayışı barədədir. Həmin əsərlər “Mədəniyyət” adlı seriyada toplanaraq silsilə təşkil edir. Deməli, bu əsərlərdə Sİ (Süni İntellekt) insan zəkasını çoxdan üstələyib, ağıllı ulduz gəmiləri, dronlar, öz ağıl dəryası olan orbital sistemlər yan-yana ömür sürür. Və onlar bioloji cəhətdən təkamül etmiş ağıllı irqlərin nümayəndələri ilə birlikdə yaşayır. İnsan ömrü sonsuzadək uzadılıb, nə desən, əlçatandır. Lakin bütün bunlara baxmayaraq problemlər yaranır. Məsələn, düşmən mədəniyyətlərlə qarşılıqlı əlaqələr qurulur, əgər onlar sivilizasiyanın həyat tərzinə mane olmaq istəyirlərsə, ilk növbədə o gavurlara dronlar vasitəsilə Mədəniyyət Paketindən ibarət təkliflər göndərilir. Bir sözlə, Mədəniyyət təklif edilir...
İlon Mask deyir ki, gələcək belə olmalıdır, təxminən bu əsərlərdəki kimi. O, həm də təklif edir ki, bu müəllifi yaxşıca-yaxşıca oxuyub başa çıxaq.
Ədəbiyyat təhdid edə bilməz. Onun yarağı-yasağı yoxdur. Amma Mədəniyyətin içində hər şey ola bilər. Əcəba, o Mədəniyyət dronlarında Kommunizm təklifləri olmasın?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

