Qaradağ rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib
24.09.2026 [10:24]
Sentyabrın 23-də Qaradağ rayonu Heydər Əliyev Mərkəzində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Zaur Şükürov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Lökbatan qəsəbəsinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində 27 Sentyabr – Anım Gününə həsr olunmuş kitab və fotosərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 27 Sentyabr – Anım Gününə həsr edilmiş film nümayiş olunub.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva və Zaur Şükürov çıxış edərək bildiriblər ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız yüksək əzm və iradə nümayiş etdirərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib və düşmənə sarsıdıcı zərbələr endiriblər.
Çıxışlarda qeyd edilib ki, hər bir xalqın tarixində yaddaşlardan silinməyən, gələcək nəsillərə ötürülən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün 27 Sentyabr – Anım Günü məhz belə tarixi günlərdəndir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, dövlətimizə və ordumuza olan inamının təcəssümünə çevrilib.
44 gün davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunmasına nail olub. Bu tarixi Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi hesabına qazanılıb. Azərbaycan xalqı Vətən uğrunda bir yumruq kimi birləşərək öz iradəsini və əzmini bütün dünyaya nümayiş etdirib.
2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub.
Azərbaycan Bayrağı Xankəndi şəhərində ucaldılıb və xalqımızın çoxəsrlik arzusu gerçəkləşib.
Bu gün – 27 Sentyabr Anım Günündə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirik. Onların qəhrəmanlığı Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi daim yaşayacaq.
Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün qorunması və əzəli torpaqlarımızın işğaldan azad olunması uğrunda həyatını itirən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və həmrəyliyimizin təntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğu şərəfli bir tarixdir.
Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidi Tofiq Kərimovun həyat yoldaşı Süsən Kərimova və Vətən müharibəsi əlili Bəhrəm Rəcəbli çıxış edərək şəhidlərimizin əziz xatirəsinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxAnalitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17

