Qlobal təhlükəsizliyin yeni çağırışları: Bakı dialoq və əməkdaşlıq platforması kimi
24.09.2026 [12:20]
Bakı Təhlükəsizlik Forumu əməkdaşlıq imkanlarını genişləndirir
Müasir beynəlxalq münasibətlər sistemi klassik hərbi qarşıdurmalardan kənara çıxaraq daha mürəkkəb təhlükələr toplusu ilə üz-üzə qalıb - günümüzdə terror şəbəkələri, transmilli cinayətkarlıq, narkotik qaçaqmalçılığı, miqrasiya böhranları, kiberhücumlar və informasiya müharibələri dövlətlərin təhlükəsizlik müstəvisini ciddi sınağa çəkir. Mərkəzi Avropada baş verən konfrantasiyalar, Yaxın Şərqdə davam edən qarşıdurmalar beynəlxalq təhlükəsizlik sisteminin zəif bəndlərini açıq şəkildə üzə çıxarır. Bu mənzərə göstərir ki, hər bir ölkənin təhlükəsizliyi qlobal sabitlikdən birbaşa asılıdır.
Təhlükəsizlik məsələlərinin effektiv həllində vahid yanaşma, dövlətlərin həmrəyliyi və kəşfiyyat qurumlarının əməkdaşlığı xüsusi rol oynayır. Kəskinləşən ziddiyyətlərin hökm sürdüyü qlobal nizamda Azərbaycan təhlükəsizlik siyasətini yalnız öz milli maraqları çərçivəsində deyil, ümumbəşəri dəyərlər və beynəlxalq sabitlik naminə həyata keçirir. Bu isə ölkəmizi qlobal təhlükəsizlik arxitekturasının mühüm dayaqlarından birinə çevirir. Təsadüfi deyil ki, Bakı mütəmadi olaraq təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platformalar açır. Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində bildirib ki, artiq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır: “Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Əminəm ki, builki tədbir də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olacaqdır”.
Yeni reallıqlar - sabitliyin qorunması...
Son illərin mənzərəsi göstərir ki, dövlətlər qarşısında dayanan çağırışların xarakteri də, onlara cavab vermək imkanları da dəyişir. Bu şəraitdə ayrı-ayrı ölkələrin öz imkanları hesabına bütün riskləri idarə etməsi çətinləşir. Bir dövlətin ərazisində və ya regionunda yaranan problem qısa müddətdə daha geniş coğrafiyaya təsir göstərə bilir. Ticarət yollarının təhlükəsizliyi, enerji marşrutlarının sabitliyi və kommunikasiya xətlərinin qorunması da artıq regional deyil, beynəlxalq əhəmiyyət daşıyan məsələlərə çevrilib.
Belə bir mərhələdə dövlətlər arasında etimadın möhkəmləndirilməsi, təhlükəsizlik sahəsində dialoqun genişləndirilməsi və praktiki əməkdaşlıq mexanizmlərinin yaradılması xüsusi əhəmiyyət qazanır. Hərbi təlimlərin keçirilməsi, müdafiə qurumları arasında təcrübə mübadiləsi, sərhəd təhlükəsizliyi üzrə koordinasiya və fövqəladə vəziyyətlərə birgə hazırlıq bu baxımdan mühüm vasitələrdir. Yeni reallıqlar göstərir ki, sabitliyin qorunması yalnız mövcud risklərə reaksiya verməklə deyil, mümkün təhlükələri əvvəlcədən müəyyənləşdirərək çevik və koordinasiyalı fəaliyyət qurmaqla mümkündür. Prezident İlham Əliyev qeyd edib ki, bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır: “Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir”.
Təhlükəsizliyin yeni ölçüləri - əməkdaşlıq, həmrəylik və koordinasiya
Müasir mərhələdə təhlükəsizlik məsələlərinə yanaşma əvvəlki təsəvvürlərdən xeyli fərqlənir. Beynəlxalq və regional qurumlar arasında koordinasiyanın gücləndirilməsi bu gün mühüm mexanizm kimi çıxış edir. Dövlətlərarası münasibətlərdə etimadın möhkəmləndirilməsi, təhlükəsizlik strukturları arasında informasiya mübadiləsinin genişləndirilməsi və birgə fəaliyyət imkanlarının artırılması yeni risklərə qarşı hazırlığı yüksəldir. Xüsusilə hərbi və təhlükəsizlik sahəsində keçirilən birgə təlimlər müxtəlif ölkələrin praktiki imkanlarını uzlaşdırmağa, mümkün fövqəladə vəziyyətlər zamanı qarşılıqlı fəaliyyət mexanizmlərini sınaqdan keçirməyə şərait yaradır. Bununla yanaşı, müasir risklərin qarşısının alınmasında yalnız hərbi vasitələr kifayət etmir. İnformasiya məkanının qorunması, rəqəmsal sistemlərin dayanıqlığının artırılması, strateji obyektlərin mühafizəsi və mühüm kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin edilməsi də kompleks yanaşma tələb edir. Belə şəraitdə preventiv tədbirlər, operativ informasiya mübadiləsi və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi təhlükəsizlik siyasətinin mühüm istiqamətlərinə çevrilir. Dövlət başçısı vurğulayıb ki, dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir: “Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır”.
Operativ reaksiyanın əsas şərti...
Günümüzün reallığında təhlükəsizlik sahəsində qarşıya çıxan əsas məsələlərdən biri yaranan risklərə vaxtında və adekvat reaksiya verməkdir. Təhdidin miqyasını və mümkün nəticələrini əvvəlcədən müəyyənləşdirmək, zəruri addımları gecikdirmədən atmaq üçün dövlət qurumları arasında sıx əlaqə və informasiya mübadiləsi mühüm rol oynayır. Hadisəyə yalnız baş verdikdən sonra müdaxilə etmək əvəzinə, onun ilkin əlamətlərinin müəyyənləşdirilməsi və mümkün inkişaf istiqamətlərinin qiymətləndirilməsi daha səmərəli nəticə verə bilər.
Bu baxımdan müxtəlif ölkələrin aidiyyəti strukturları arasında davamlı əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Terror aktı, silahlı insident və ya digər təhlükəli hadisə yalnız baş verdiyi ərazi ilə məhdudlaşmaya bilər. Belə vəziyyətlərdə sərhədlərarası məlumat mübadiləsi, risklərin qiymətləndirilməsi və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsi mümkün təhlükələrin genişlənməsinin qarşısını almağa imkan verir.
Koordinasiyanın effektiv olması üçün isə yalnız böhran zamanı əlaqə yaratmaq kifayət deyil. Daimi dialoq, mütəmadi görüşlər, ekspert müzakirələri və təhlükəsizlik qurumları arasında təcrübə mübadiləsi əvvəlcədən formalaşmış fəaliyyət mexanizmlərinin işlək vəziyyətdə saxlanılmasına kömək edir. Bu platformalar həm mövcud problemlərin müzakirəsinə, həm də gələcək risklərə qarşı birgə yanaşmaların hazırlanmasına imkan yaradır. Beləliklə, əməkdaşlıq təsadüfi reaksiyadan davamlı təhlükəsizlik mexanizminə çevrilir. Prezident İlham Əliyev bildirib ki, təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlər və onların nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir: “Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır”.
Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
Azərbaycanın xarici siyasətinin strateji əsaslarından biri olan təhlükəsizliyin təmini ideyası, onun konstruktiv məzmunu hazırkı real siyasi proseslərdə özünü doğruldur - beynəlxalq münasibətlərin katklizmlərlə dolu mürəkkəb mərhələsində Azərbaycan Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası müəyyənləşdirir və bölgəni strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq maraqlarını bizim coğrafiyada cəmləyir. Terrorizmə qarşı mübarizədə mühüm qətiyyət nümayiş etdirən Azərbaycan qeyri-adekvat halların istisna olunması üçün səylərini səfərbər edir - təhdid və təhlükələrə qarşı koordinasiyalı fəaliyyət təşkil edir, təhlükəsizliyin təmini üçün bütün gücləri birləşdirir. Kəskinləşən ziddiyyətlərin hökm sürdüyü qlobal nizamda Azərbaycan təhlükəsizlik siyasətini yalnız öz milli maraqları çərçivəsində deyil, ümumbəşəri dəyərlər və beynəlxalq sabitlik naminə həyata keçirir. Bu isə ölkəmizi qlobal təhlükəsizlik arxitekturasının mühüm dayaqlarından birinə çevirir. Prezident İlham Əliyev müraciətində qeyd edib ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir: “Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

