/ / Dövlət Suverenliyi Gününün təsis olunması tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsidir
Dövlət Suverenliyi Gününün təsis olunması tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsidir
17.09.2026 [16:58]
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan dövlətçilik salnaməsində xüsusi yer tutur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən bu gün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsini ifadə edən tarixi hadisənin mahiyyətini ehtiva edir. Dövlət Suverenliyi Gününün təsis olunması, ilk növbədə, Azərbaycan xalqının uzun illər ərzində apardığı mübarizənin nəticələrinin dövlət səviyyəsində rəsmiləşdirilməsi, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan uzun illər bu hüquqi reallığın ciddi sınaqla üzləşdiyi bir şəraitdə yaşayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal altında saxlanılıb, 1 milyondan çox insan doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb, tarixi-mədəni irsimizə ağır zərbə vurulub. İşğal dövründə Azərbaycan torpaqları üzərində qanunsuz separatçı rejimin mövcudluğu dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdid olaraq qalırdı. Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistanın işğal siyasəti uzun illər davam etdi. Təxminən 30 il ərzində aparılan danışıqlar nəticə vermədi. Ermənistan rəhbərliyinin sülh prosesini uzatmaq, status-kvonu qorumaq və işğal faktını möhkəmləndirmək cəhdləri Azərbaycanın səbrini tükəndirdi. Azərbaycan isə bütün bu müddətdə beynəlxalq hüquqa əsaslanan mövqeyindən geri çəkilmədi, ərazi bütövlüyünün bərpasını əsas milli məqsədlərindən biri kimi qorudu. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoydu. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğratdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı raonları, Şuşa şəhəri və digər yaşayış məntəqələri azad edildi. Nəticədə Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxarmağa məcbur oldu. Vətən müharibəsində qazanılan Zəfər yalnız işğalın hərbi-siyasi nəticələrinin aradan qaldırılması deyil, Azərbaycanın dövlətçilik tarixində yeni reallığın formalaşması baxımından da mühüm hadisə idi. Azərbaycan öz hərbi-siyasi iradəsini ortaya qoyaraq BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrini özü həyata keçirdi. Bununla da işğalın aradan qaldırılması istiqamətində yeni tarixi mərhələ başlandı. Lakin Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında Qarabağ üzərində dövlət hakimiyyətinin tam bərpası və separatizmin kökünün kəsilməsi kimi daha bir mühüm vəzifə dayanırdı. Bu istiqamətdə atılan addımlar ardıcıl və məqsədyönlü xarakter daşıyırdı. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz sərhədləri və ərazisi üzərində nəzarətinin təmin edilməsi baxımından mühüm addım oldu. Bu hadisə Azərbaycanın suveren hüquqlarının praktiki müstəvidə təmin olunmasının göstəricisi idi. Azərbaycan öz ərazisində təhlükəsizlik və nəzarət tədbirlərini həyata keçirmək hüququna malik olduğunu nümayiş etdirdi. Bununla belə, Qarabağda qanunsuz silahlı birləşmələrin mövcudluğu və Ermənistanın bölgəyə hərbi təchizat göndərmək cəhdləri təhlükəsizlik üçün ciddi risk olaraq qalırdı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə başlanan lokal xarakterli antiterror tədbirləri məhz bu reallığın aradan qaldırılmasına yönəldi. Azərbaycan Ordusu cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qarşıya qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qalıqları tərk-silah edildi, qanunsuz separatçı rejim fəaliyyətini dayandırdı və Azərbaycan öz ərazisində konstitusiya quruluşunun bərpasını təmin etdi. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu baxımdan xüsusi məna daşıyırdı. Konstitusiya dövlət quruluşunun hüquqi əsaslarını müəyyənləşdirirsə, suverenlik həmin dövlətin öz ərazisində və beynəlxalq münasibətlər sistemində müstəqil iradəsini həyata keçirməsinin əsas şərtidir. Bu iki anlayışın vəhdəti müasir Azərbaycan dövlətçiliyinin siyasi-hüquqi mahiyyətini aydın şəkildə ifadə edir. Bu gün Azərbaycan xalqı tarixinin yeni mərhələsini yaşayır. Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olunub, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi üçün zəruri imkanlar yaradılıb. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, regionda yeni nəqliyyat və iqtisadi əlaqələrin formalaşdırılması, insanların öz doğma torpaqlarına qayıdışı suverenliyin yalnız siyasi anlayış olmadığını, onun insanların gündəlik həyatında konkret nəticələr yaratdığını nümayiş etdirir. Azərbaycan xalqının əsrlər boyu qoruduğu müstəqillik arzusu artıq tam suveren dövlətin reallığında öz əksini tapıb. 20 sentyabr isə bu tarixi həqiqətin rəmzinə çevrilərək Azərbaycanın dövlətçilik salnaməsində əbədi yaşayacaqdır.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

