YAP Bərdə rayon təşkilatının XII konfransı keçirilib
16.09.2026 [18:01]
Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının XII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müdrik ideyaları, uzaqgörən siyasəti və qətiyyətli mövqeyi sayəsində əsası qoyulmuş Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolu onun cəmiyyətdə böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir. Qeyd edib ki, YAP Bərdə rayon təşkilatı partiyanın VII qurultayından ötən dövr ərzində ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin təbliği, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunun artırılması və digər istiqamətlərdə öz fəaliyyətini genişləndirərək davam etdirib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Yeni Azərbaycan Partiyasının əsas fəaliyyət istiqamətinin dövlətçiliyimizin qorunaraq möhkəmləndirilməsi, milli maraqların bütün sferalarda müdafiəsi və xalqımızın firavanlığının təmin edilməsi olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən bütün ictimai-siyasi proseslərdə aparıcı siyasi qüvvə olmaqla yanaşı, regionun da ən böyük siyasi təşkilatıdır. Vidadi İsayev çıxışında Bərdə rayonunun dayanıqlı inkişafı istiqamətində görülən işlərdən və bu prosesdə YAP üzvlərinin aktiv rolundan danışıb.
Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərdən, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpasından, qazanılan şanlı Zəfərdən sonra ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasından ətraflı bəhs edib. Vurğulayıb ki, əldə olunan uğurlar Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları və müəyyənləşdirdiyi uzaqgörən strategiyanın Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi dinamizmlə həyata keçirilməsinin nəticəsidir.
Sonra Bərdə rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranı Yaşar Zamanov, partiya fəalı, Qaradəmirçi kənd ərazi partiya təşkilatının sədri Sənan Zamanov, “ASAN Xidmət H.Əliyev prospekti 89” ərazi partiya təşkilatının sədri İlahə Quliyeva çıxış ediblər.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının baş məsləhətçisi Rəşad Abbaszadə partiyanın VII qurultayından ötən müddət ərzində görülən işlərdən, beynəlxalq əlaqələrinin inkişafından, yerli təşkilatların strukturlarının yenidən formalaşmasından, fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsindən söz açıb.
Konfransda YAP Bərdə rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirib.
Xəbər lenti
Hamısına baxİdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46

