/ / YAP Quba rayon təşkilatının 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
YAP Quba rayon təşkilatının 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
10.07.2026 [15:50]
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları və ərazi partiya təşkilatlarının sədrləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağı giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Sonra geniş hesabat məruzəsi ilə çıxış edən Fidan Hüseynova bildirib ki, hesabat dövründə YAP Quba rayon təşkilatının fəaliyyəti Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərində səsləndirdiyi strateji hədəflərin, eləcə də partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin icrasına uyğun şəkildə qurulub.
Qeyd olunub ki, ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, imzalanan fərman və sərəncamlar ərazi partiya təşkilatlarında keçirilən tədbirlər, ağsaqqallar, şəhid ailələri, qazilər və gənclərlə təşkil olunan görüşlər vasitəsilə geniş şəkildə təbliğ edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanaraq İdarə Heyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq YAP Quba rayon təşkilatı və ərazi partiya təşkilatlarında il ərzində silsilə tədbirlər təşkil olunub.
Fidan Hüseynova vurğulayıb ki, hesabat dövründə fəaliyyət planında nəzərdə tutulan bütün tədbirlər uğurla icra edilib, qarşıda duran vəzifələrin bundan sonra da yüksək məsuliyyətlə yerinə yetirilməsi təmin olunacaq.
Daha sonra Alpan kəndi ərazi partiya təşkilatının sədri Mehparə Rüstəmova, Quba şəhəri, Heydər Əliyev prospekti 139 ünvanında yerləşən (Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi) ərazi partiya təşkilatının sədri Saməddin Nəsirov və Quba şəhəri, Qasım İsmayılov küçəsi 45 ünvanında yerləşən (5 saylı Yol İdarəsi) ərazi partiya təşkilatının sədri Nəbi Babayev çıxış edərək rəhbərlik etdikləri təşkilatlarda 2026-cı ilin ilk altı ayı ərzində görülən işlər barədə hesabat xarakterli məruzələrlə çıxış ediblər.
Yığıncağın sonunda ərazi partiya təşkilatlarının sədrlərini maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02

