Kənd təsərrüfatında yeni dövr!
01.07.2026 [08:50]
Aqrar hədəf güclü istehsal və rəqabətli bazara əsaslanır
Maliyyə naziri Sahil Babayev Milli Məclisin iyunun 30-da keçirilən plenar iclasda “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, kənd təsərrüfatı sektoru qeyri-neft sektorunun prioritet sahələrindən biri qismində çıxış edir. Onun sözlərinə görə, hər il dövlət büdcəsindən qeyd edilən sahəyə subsidiya, güzəşt və digər dəstək alətləri vasitəsilə əhəmiyyətli dövlət dəstəyi göstərilir.
Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2026-cı ilin 25 may tarixli sərəncamla “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
“Sözügedən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biridir. Dövlət Proqramının maliyyələşdirilməsi məqsədilə 2026-2030-cu illərdə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur”, - deyə nazir bildirib.
Sahibkarlar üçün yeni fürsətlər açılır
Mövzunu “Yeni Azərbaycan”a şərh edən iqtisadçı Fuad İbrahimov bildirib ki, kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi və bu sahəyə dövlət tərəfindən uzunmüddətli maliyyə dəstəyinin göstərilməsi, 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində təxminən 2 milyard manat həcmində vəsaitin ayrılmasının nəzərdə tutulması ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün mühüm zəmin yaradıb.
İqtisadçı qeyd edib ki, bütün bu addımlar yalnız aqrar istehsalın genişləndirilməsi baxımından deyil, həm də azad sahibkarlığın inkişafı, rəqabət mühitinin dərinləşdirilməsi, özəl təşəbbüslərin stimullaşdırılması və liberal iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan strateji yanaşma kimi qiymətləndirilməlidir:
“Liberal iqtisadiyyatın əsas prinsiplərindən biri dövlətin bazar iştirakçıları üçün əlverişli hüquqi və institusional mühit formalaşdırması, lakin iqtisadi fəaliyyətin əsas hərəkətverici qüvvəsinin özəl sektor və sahibkarlıq təşəbbüsləri olmasıdır. Məhz kənd təsərrüfatı sektorunda subsidiyalar, güzəştli maliyyələşdirmə mexanizmləri, vergi stimulları, kənd təsərrüfatı sığortası, innovativ texnologiyaların tətbiqinin təşviqi və infrastruktur layihələrinin həyata keçirilməsi fermerlərin, aqrar müəssisələrin və kənd yerlərində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə inkişaf etməsinə, istehsal potensialını artırmasına və daxili bazarla yanaşı, xarici bazarlarda da rəqabət qabiliyyətini gücləndirməsinə geniş imkanlar yaradır.
Dövlət tərəfindən ayrılan maliyyə resurslarının əsas məqsədi bazar mexanizmlərini əvəz etmək deyil, əksinə, özəl investisiyaların cəlb olunmasını sürətləndirmək, yeni biznes təşəbbüslərinin yaranmasını təşviq etməkdir. Eyni zamanda əsas məqsəd kənd yerlərində məşğulluğu artırmaq, istehsal zəncirinin bütün mərhələlərində əlavə dəyərin formalaşdırılmasını təmin etmək və sahibkarların fəaliyyət risklərini azaltmaqla onların daha cəsarətli investisiya qərarları qəbul etməsinə şərait yaratmaqdan ibarətdir ki, bu da liberal iqtisadi modelin əsas xüsusiyyətlərindən biri hesab olunur”.
Aqrar siyasətin yeni üfüqləri
F.İbrahimovun sözlərinə görə, xüsusilə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin vahid inkişaf strategiyası çərçivəsində həyata keçiriləcək tədbirlər innovasiya əsaslı istehsalın genişlənməsinə, rəqəmsal texnologiyaların tətbiqinə, məhsuldarlığın yüksəldilməsinə, ixracyönümlü istehsalın artırılmasına şərait yaradır: “Bundan başqa, sözügedən tədbirlər aqrar biznes mühitinin daha da liberallaşdırılmasına xidmət etməklə yanaşı, özəl sektorun iqtisadi inkişaf prosesində aparıcı rolunu gücləndirərək, dövlət və biznes arasında səmərəli tərəfdaşlıq modelini möhkəmləndirir və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
Azad sahibkarlığın inkişaf etdiyi iqtisadi sistemlərdə dövlətin əsas vəzifəsi bazar iştirakçıları üçün bərabər imkanlar yaratmaq, sağlam rəqabət mühitini qorumaq, mülkiyyət hüququnun etibarlı müdafiəsini təmin etməkdir. Digər məqsədlərdən biri sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırmaqdan ibarət olduğuna görə, kənd təsərrüfatına yönəldilən uzunmüddətli dövlət dəstəyi yalnız cari istehsal göstəricilərinin yaxşılaşdırılmasına deyil, həm də dayanıqlı iqtisadi artımın formalaşdırılmasına, qeyri-neft sektorunun şaxələndirilməsinə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, kənd yerlərində rifahın yüksəldilməsinə və özəl sektorun milli iqtisadiyyatın aparıcı inkişaf lokomotivinə çevrilməsinə xidmət edən mühüm iqtisadi alət kimi çıxış edir.
Nəticə etibarilə, kənd təsərrüfatının inkişafına yönəldilən genişmiqyaslı dövlət investisiyaları yalnız büdcə xərcləri kimi deyil, gələcəkdə daha güclü, rəqabətqabiliyyətli və ixracyönümlü özəl sektorun formalaşdırılmasına xidmət edən strateji investisiya kimi qiymətləndirilməlidir. Bu proses isə azad sahibkarlığın genişləndirilməsi, liberal iqtisadi münasibətlərin dərinləşdirilməsi, innovativ biznes modellərinin təşviqi və ölkənin uzunmüddətli iqtisadi dayanıqlığının təmin olunması baxımından mühüm inkişaf mərhələsi hesab edilməlidir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

