/ / Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
08.05.2026 [16:12]
Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Heydər Əliyev İrsi: Müasir Şəhərsalmanın Təməli” adlı tədbir keçirilib.
YAP Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Məclisin deputatları Soltan Məmmədov, Gülşən Paşayeva, Hikmət Babaoğlu və Aydın Hüseynov, RİH başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, təhsil, səhiyyə, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar. Film iştirakçılarda dərin təəssürat yaradıb və Ulu Öndərin zəngin irsinin bir daha yaddaşlarda canlanmasına səbəb olub.
Tədbiri giriş sözü ilə açan Xəzər RİH başçısı Elşən Salahov Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz roldan danışaraq onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxladığını və bugünkü inkişaf səviyyəsinə çatdırdığını qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərinə geniş şəkildə toxunaraq onun çoxşaxəli fəaliyyətini və xalq qarşısındakı tarixi missiyasını ətraflı şərh edib. E.Salahov həmçinin qeyd edib ki, Ulu Öndərin daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan qlobal miqyasda tanınan və hörmət edilən dövlətə çevrilib.
Daha sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirmişdir ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hər zaman böyük ehtiyac olacaq. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən Ulu Öndər nəinki xalqımızın, həm də bütünlükdə müsəlman aləminin, türk dünyasının ən böyük tarixi şəxsiyyətlərindəndir.
Millət Məclisin deputatları Soltan Məmmədov, Gülşən Paşayeva, Hikmət Babaoğlu, Aydın Hüseynov və Heydər Əliyevin ölkə quruculuğu, təhsil, mədəniyyət və diplomatiya sahələrindəki fəaliyyətindən bəhs ediblər və onun ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan nəinki regionda lider dövlətdir, həmçinin böyük bir coğrafiyanı əhatə edən məkanda söz sahibi kimi böyük nüfuza malikdir.
Çıxışlardan sonra Respublikanın əməkdar artistləri və tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

