Heydər Əliyev siyasəti müasir Azərbaycanın inkişaf və Zəfər yoludur
08.05.2026 [15:51]
Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı Ümummilli Lider Heydər Əliyev adı ilə sıx bağlıdır. Tarix təsdiq edir ki, xalqın taleyində dönüş yaradan böyük şəxsiyyətlər yalnız yaşadıqları dövrün deyil, gələcək nəsillərin də inkişaf yolunu müəyyənləşdirirlər. Azərbaycan xalqının xilaskarı kimi tarixə düşən Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini qoruyan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən mühüm siyasi hadisə oldu. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, xaos, iqtisadi tənəzzül və torpaqlarımızın işğalı Azərbaycanın gələcəyini ciddi təhlükə altına salmışdı. Belə mürəkkəb şəraitdə xalq öz xilaskarını yenidən hakimiyyətə dəvət etdi və Ulu Öndərin qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsi başlandı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik və milli birlik təmin olundu. Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, anarxiya və özbaşınalıqlara son qoyuldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, dövlət idarəçiliyi sistemi formalaşdırıldı, hüquqi və demokratik dövlət quruculuğunun əsasları yaradıldı. O dövrdə qəbul edilən qərarlar Azərbaycanın gələcək inkişaf strategiyasının təməlini təşkil etdi.
Ümummilli Liderin həyata keçirdiyi mühüm addımlardan biri 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” oldu. Bu müqavilə Azərbaycanın iqtisadi və siyasi mövqeyini gücləndirdi, ölkəmizi beynəlxalq enerji təhlükəsizliyinin əsas iştirakçılarından birinə çevirdi. Uğurlu neft strategiyası nəticəsində Azərbaycan öz təbii sərvətlərinin tam sahibinə çevrildi, iqtisadi inkişaf üçün geniş imkanlar qazandı. Xarici sərmayələrin ölkəmizə cəlb olunması, yeni iqtisadi münasibətlərin qurulması Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı.
Heydər Əliyevin dövlətçilik siyasətində milli-mənəvi dəyərlərin qorunması xüsusi yer tuturdu. Azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilimizin dövlət dili kimi inkişaf etdirilməsi, milli-mədəni irsimizin qorunması və təbliği Ulu Öndərin xidmətlərinin mühüm istiqamətlərindəndir. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri hər bir azərbaycanlının milli qürur mənbəyinə çevrilib. Ulu Öndərin siyasi kursu Azərbaycan xalqının milli birliyini möhkəmləndirdi və dövlətçilik şüurunu daha da gücləndirdi.
Müasir Azərbaycanın uğurlarının əsasında məhz Heydər Əliyev siyasəti dayanır. Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycanın iqtisadi, siyasi və hərbi sahədə qazandığı nailiyyətlər ölkəmizin gücünü və nüfuzunu daha da artırıb. Güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordunun qurulması və beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsini təmin edib.
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər Heydər Əliyev siyasi kursunun təntənəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam təmin edildi. Bu qələbələr həm də Ulu Öndərin vaxtilə müəyyən etdiyi milli dövlətçilik strategiyasının uğurlu nəticəsi kimi tarixə yazıldı.
Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış Proqramı uğurla icra olunur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Müasir infrastruktur layihələri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi dirçəliş proqramları Azərbaycanın gücünü və inkişaf potensialını bir daha nümayiş etdirir.
Tarix sübut edir ki, Heydər Əliyev yolu Azərbaycanın inkişaf, sabitlik və Zəfər yoludur. Bu siyasət ölkəmizi daim uğurlara aparır və gələcəkdə də Azərbaycanın daha böyük zirvələr fəth etməsini təmin edəcək. Müasir müstəqil Azərbaycan doğrudan da Ümummilli Lider Heydər Əliyevin şah əsəridir və bu şah əsər Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlarla zənginləşir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

