Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə partiyanın bir qrup fəal gənci Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

YAP Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə partiyanın bir qrup fəal gənci Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

08.05.2026 [12:07]

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə partiyanın bir qrup fəal gənci Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ziyarətdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və partiyanın fəal gəncləri iştirak ediblər.

Ekskursiya çərçivəsində iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.Daha sonra gənclər mərkəzdə Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri barədə ətraflı məlumatlandırılıblar. Ekskursiya zamanı iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, fotoşəkillər və kitablarla yaxından tanış olublar.

Ziyarət zamanı gənclər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Gəncə Dövlət Unveristetinin Prorektoru Pərvin Kərimzadə ilə görüşüblər. Görüş zamanı Pərvin xanım Kərimzadə Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, onun dövlətçilik ideyalarının gənc nəslə aşılanmasının vacibliyindən bəhs edib, gənclərə bu dəyərləri daim yaşatmağı və təbliğ etməyi tövsiyə edib. Qeyd olunub ki, bu cür maarifləndirici ziyarətlər gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, dövlətçilik ənənələrinin daha dərindən öyrənilməsinə və Ümummilli Liderin zəngin irsinin gələcək nəsillərə aşılanmasına mühüm töhfə verir.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31