Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropa Siyasi Birliyi: yeni geosiyasi əməkdaşlıq mərhələsi

Avropa Siyasi Birliyi: yeni geosiyasi əməkdaşlıq mərhələsi

08.05.2026 [10:14]

Elşən Alıyev

​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Prezident İlham Əliyevin mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı postmünaqişə mərhələsində regionda yaranmış yeni geosiyasi reallıqların, sülh gündəliyinin və beynəlxalq münasibətlər sistemində formalaşan yeni yanaşmaların siyasi təqdimatı kimi diqqət çəkir. Cənubi Qafqaz artıq qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulan yeni mərhələyə daxil olur.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri Ermənistanın “Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Azərbaycanda keçirilməsi təşəbbüsünü dəstəkləməsi oldu. Bu faktor qarşılıqlı etimadın formalaşmağa başladığını nümayiş etdirən mühüm hadisədir. Uzun illər davam edən münaqişədən sonra iki dövlət arasında beynəlxalq platformalarda qarşılıqlı dəstək elementlərinin yaranması regionda yeni siyasi mühitin formalaşdığını göstərir. Prezident İlham Əliyevin “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikri də məhz bu yeni mərhələnin mahiyyətini ifadə edir.

Dövlətimizin başçısının çıxışında diqqət çəkən digər mühüm istiqamət sülhün artıq praktiki nəticələr verməsi ilə bağlı idi. Ötən ilin avqust ayında Vaşinqtonda Ağ Evdə imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması regionda münasibətlərin normallaşması üçün yeni imkanlar yaradıb. Bunun nəticəsi olaraq 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq edilən tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırılıb.

Prezident İlham Əliyevin açıqladığı rəqəmlər sülh prosesinin artıq konkret iqtisadi nəticələr doğurduğunu göstərir. Belə ki, Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük daşınıb, eyni zamanda ilk dəfə olaraq benzin və dizel ixracına başlanılıb və 12 min ton neft məhsulu Ermənistana çatdırılıb. Bu faktlar regionda iqtisadi əməkdaşlıq imkanlarının genişləndiyini və kommunikasiyaların açılmasının real nəticələr verdiyini nümayiş etdirir. Bu proses yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Avrasiya məkanında yeni nəqliyyat və logistika xəritəsinin formalaşması baxımından da xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsi Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etməklə yanaşı, Orta Dəhlizin daha geniş geoiqtisadi imkanlarını gücləndirəcək mühüm strateji təşəbbüs kimi qiymətləndirilir.

Azərbaycan Prezidenti Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının regionda yaranmış yeni reallıqları qəbul etmək əvəzinə qərəzli və destruktiv mövqe nümayiş etdirdiyini bildirib. Xüsusilə AŞPA ilə bağlı qeyd olunan fikirlər mühüm siyasi mesajlar idi. 2023-cü ilin sentyabr ayında Qarabağda separatçılığa son qoyulduqdan və BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələri təmin edildikdən cəmi dörd ay sonra Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq olunub. Bu yanaşma dövlət başçısı tərəfindən ikili standartların təzahürü kimi qiymətləndirilib.

Əslində, burada əsas məsələ beynəlxalq hüququn selektiv tətbiqidir. Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və həmin məsələdə fərqli yanaşmalar qəbuledilməzdir. Bu fikirlər beynəlxalq münasibətlər sistemində ədalətli və vahid hüquqi yanaşmanın vacibliyini bir daha ön plana çıxarır.

Dövlətimizin başçısının Avropa Parlamenti ilə bağlı fikirləri də diqqət çəkir. Prezident İlham Əliyev bildirib ki, bu qurum sülh prosesinə töhfə vermək əvəzinə ona qarşı sabotaj fəaliyyəti aparır. Son beş ildə Azərbaycanla bağlı qəbul edilmiş 14 qətnamə qərəzli və əsassız xarakter daşıyır. Xüsusilə son qətnamənin Zirvə toplantısından cəmi bir neçə gün əvvəl qəbul edilməsi məqsədli siyasi addımdır. Avropa Parlamenti miqrasiya, islamofobiya, anti-semitizm, rəqabət qabiliyyətinin zəifləməsi və sosial problemlər kimi fundamental məsələlərin həlli ilə məşğul olmaq əvəzinə, böhtan və yalan kampaniyaları apararaq Azərbaycanı hədəfə alır. Bu yanaşmanın əsas səbəbi isə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir.

Bugünkü geosiyasi reallıqlar təsdiq edir ki, regionda davamlı sabitlik və əməkdaşlıq yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquq normalarına riayət əsasında mümkündür. Bu baxımdan, dövlətlər arasında etimad mühitinin möhkəmləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Regionda formalaşan yeni siyasi və iqtisadi münasibətlər sistemi isə sülh gündəliyinin davamlı şəkildə irəlilədiyini və əməkdaşlıq imkanlarının genişləndiyini nümayiş etdirir.

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31