Azərbaycan–İtaliya münasibətləri: strateji tərəfdaşlıqdan yeni mərhələyə
07.05.2026 [10:26]
Azərbaycan–İtaliya münasibətləri son onilliklər ərzində ardıcıl inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2014 və 2020-ci illərdə imzalanmış mühüm sənədlər bu əməkdaşlığın hüquqi-siyasi əsasını formalaşdırmaqla yanaşı, tərəflər arasında qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət etmişdir. Həmin bəyannamələrdə əksini tapan müddəalar artıq real həyatda öz təsdiqini tapır və Bakı ilə Roma arasında əlaqələrin çoxşaxəli inkişafını təmin edir.
Son dövrlərdə Ciorgia Meloni-nin Azərbaycana rəsmi səfəri bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirdi. İlham Əliyev ilə keçirilən yüksək səviyyəli görüşlər bir daha təsdiqlədi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir və qarşılıqlı anlaşmaya əsaslanır. Xüsusilə Meloninin Ermənistana səfərindən dərhal sonra Azərbaycana gəlməsi diqqət çəkən diplomatik addım kimi qiymətləndirilir. Bu, İtaliyanın regiona balanslı və praqmatik yanaşmasının, eləcə də Azərbaycanla münasibətlərə verdiyi önəmin bariz nümunəsidir.
Müasir beynəlxalq münasibətlər sistemində artan qeyri-sabitlik fonunda Azərbaycan və İtaliya bir-birini etibarlı strateji tərəfdaş kimi dəstəkləyir. Bu kontekstdə Meloninin “ətrafımızda qeyri-sabitliyin artdığı bir dövrdə aydın və sabit münasibətlərin əhəmiyyəti daha da yüksəlir” fikri xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma iki ölkə arasında əlaqələrin yalnız regional deyil, qlobal geosiyasi proseslər baxımından da vacib olduğunu göstərir.
İkitərəfli əməkdaşlığın əsas sütunlarından biri enerji sahəsidir. Azərbaycan bu gün İtaliyanın əsas enerji tərəfdaşlarından biri kimi çıxış edir. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın İtaliyaya qaz ixracının 2025-ci ildə rekord həddə çatması bu əməkdaşlığın dinamik inkişafını təsdiqləyir. Eyni zamanda, Azərbaycanın Avropa ilə Asiya arasında strateji enerji və nəqliyyat qovşağı kimi rolu getdikcə daha da güclənir.
İqtisadi sahədə də Azərbaycan–İtaliya münasibətləri yüksək dinamika ilə inkişaf edir. İtaliya uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. 10 milyard dolları ötən ticarət dövriyyəsi iqtisadi əlaqələrin genişliyini və qarşılıqlı maraqların dərinliyini nümayiş etdirir. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı sərmayələr, eləcə də İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr əməkdaşlığın praktiki nəticələrini əks etdirir. Bu, həm də Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq işlərinə beynəlxalq dəstəyin göstəricisidir.
Bununla yanaşı, son illərdə Bakı–Roma əməkdaşlığında yeni istiqamətlər də formalaşmaqdadır. Hərbi-texniki sahədə əməkdaşlıq bu baxımdan xüsusi diqqət çəkir. Müdafiə sənayesi, aerokosmik texnologiyalar və infrastruktur təhlükəsizliyi sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri genişdir. Azərbaycan Hərbi Hava Qüvvələri üçün İtaliyadan yük təyyarələrinin alınması artıq bu əməkdaşlığın konkret nəticələrindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi gələcəkdə daha genişmiqyaslı layihələrin reallaşmasına şərait yarada bilər. Bu isə yalnız iki ölkənin müdafiə potensialını gücləndirmir, eyni zamanda regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir.
Humanitar sahə də Azərbaycan–İtaliya münasibətlərində mühüm yer tutur. Təhsil və mədəniyyət istiqamətində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir. Bakıda fəaliyyət göstərən İtaliya–Azərbaycan Universiteti bu əməkdaşlığın uğurlu nümunələrindən biri kimi çıxış edir və gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynayır.
Eyni zamanda, İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində mühüm tərəfdaş kimi çıxış edir. Enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr Bakı ilə Brüssel arasında əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. Bu baxımdan Ciorgia Meloninin Azərbaycana səfəri yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də daha geniş regional və beynəlxalq kontekstdə xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlıq modeli kimi inkişaf etməkdədir. Bu əməkdaşlıq yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda regional sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq baxımından da mühüm əhəmiyyət daşıyır. Mövcud dinamika göstərir ki, Bakı ilə Roma arasında əlaqələr gələcəkdə daha da genişlənəcək və yeni strateji istiqamətlərlə zənginləşəcəkdir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

