Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ceyhun Bayramovla Kaya Kallas arasında geniştərkibli görüş keçirilib

Ceyhun Bayramovla Kaya Kallas arasında geniştərkibli görüş keçirilib

05.05.2026 [15:59]

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Kaya Kallas arasında geniştərkibli görüş keçirilib.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər. Müzakirələr siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin genişləndirilməsi istiqamətlərini əhatə edib.

Müzakirələrdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi rolu xüsusi vurğulanıb, eyni zamanda bərpa olunan enerji sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, görüşdə ticarət və investisiya imkanları, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, eləcə də nəqliyyat və logistika bağlantıları, xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri müzakirə olunub.

Tərəflər, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunublar. Post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, humanitar minatəmizləmə fəaliyyəti və Cənubi Qafqazda normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə davamlı sülh və sabitliyin təmin edilməsinin əhəmiyyəti bir daha vurğulanıb.

Paylaş:
Baxılıb: 260 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31