Azərbaycan–Çexiya münasibətlərinin əsas dayaqlarından biri enerji əməkdaşlığıdır
04.05.2026 [14:13]
Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər qarşılıqlı hörmətə, siyasi dialoqa və praqmatik əməkdaşlığa əsaslanan ardıcıl inkişaf xətti üzrə formalaşıb. Avropa ilə əlaqələrin şaxələndirilməsi siyasətində Çexiya Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Xüsusilə enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, sənaye kooperasiyası və siyasi dialoq sahələrində formalaşmış münasibətlər son illərdə yeni strateji məzmun qazanıb. Bu baxımdan Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri ikitərəfli münasibətlərin yeni mərhələsinin göstəricisidir.
Çex Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi 2005-ci ildə, Çexiyanın Azərbaycandakı səfirliyi isə 2019-cu ildə təsis edilmişdir.
İkitərəfli münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsində 2015-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Həmin sənəd əməkdaşlığın siyasi-hüquqi bazasını gücləndirməklə yanaşı, tərəflərin uzunmüddətli strateji hədəflərini də müəyyənləşdirilmişdir.
Şübhəsiz, münasibətlərin inkişafına ali səviyyəli qarşılıqlı səfərlər mühüm töhfə verir. Bu kontekstdə aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Baş nazir Andrey Babiş arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib, Azərbaycan–Çexiya biznes-forumu təşkil olunub.
Eyni zamanda, Prezident İlham Əliyev və Baş nazir Andrey Babişin mətbuata bəyanatları ikitərəfli əməkdaşlığın perspektivlərinə dair mühüm siyasi mesajlarla yadda qalıb. Bu bəyanatlar münasibətlərin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı çox fəal siyasi dialoq ifadəsi təsadüfi deyil. Bu bəyanat Azərbaycan–Çexiya münasibətlərinin sistemli siyasi məzmun qazandığını göstərir. Görüşün məhsuldar keçməsi, regional, ikitərəfli və qlobal məsələlərin müzakirə olunması, eyni zamanda qarşılıqlı rəsmi səfərlərin intensivləşməsi ölkələrimiz arasında etimad əsaslı siyasi platformanın formalaşdığını təsdiq edir.
Bu dialoq, xüsusilə dəyişən geosiyasi şəraitdə Orta Dəhliz, Avropanın enerji təhlükəsizliyi, Cənubi Qafqazın postmünaqişə reallıqları və Avropa ilə Azərbaycan arasında strateji kommunikasiyalar baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçımızın 800 milyon dollardan artıq ticarət dövriyyəsinə diqqət çəkməsi iqtisadi münasibətlərin artıq nəzərəçarpacaq miqyas aldığını göstərir. Lakin cənab Prezidentin xüsusi vurğuladığı məqam – bu dövriyyənin əsasən neft ixracı üzərində qurulmasıdır, bu da, əməkdaşlığın struktur baxımından şaxələndirilməsinin vacibliyini önə çəkir.
Çexiyadan böyük biznes nümayəndə heyətinin Azərbaycana səfəri və biznes-forumun təşkili iqtisadi münasibətlərin yeni mərhələyə keçidini göstərir. Bu, klassik ticarət modelindən sərmayə, texnologiya transferi, sənaye kooperasiyası və birgə layihələr modelinə transformasiya siqnalıdır.
Xüsusilə sənaye, yaşıl texnologiyalar, nəqliyyat-logistika, ağıllı infrastruktur və rəqəmsallaşma kimi sahələrdə Çexiyanın təcrübəsi Azərbaycan üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaratmaqdadır. Azərbaycan–Çexiya münasibətlərinin əsas dayaqlarından biri enerji əməkdaşlığıdır. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm paya malik olması bu tərəfdaşlığın dayanıqlığını göstərir.
Prezident İlham Əliyevin Azərbaycan qazının 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzvünə ixrac edildiyini xatırlatdı. Bu, Azərbaycanın artıq yalnız enerji ixracatçısı deyil, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm rol oynadığını təsdiqləyir.
Bu kontekstdə Çexiya ilə əməkdaşlıq strateji enerji diplomatiyasının tərkib hissəsidir. Xüsusilə Mərkəzi Avropa bazarları üçün Azərbaycan qazının perspektivləri bu dialoqun əhəmiyyətini daha da artırır. Bəyanatda xüsusi diqqət çəkən məqamlardan biri müdafiə sənayesi üzrə əməkdaşlığın dərinləşdirilməsidir. Çexiyanın bu sahədə zəngin sənaye və texnoloji bazaya malik olması, Azərbaycanın isə müdafiə sənayesinin lokallaşdırılması və modernizasiyası siyasəti bu əməkdaşlığı strateji müstəviyə daşıyır.
Azərbaycanın müdafiə sənayesinin diversifikasiyası və milli hərbi-sənaye potensialının gücləndirilməsi baxımından mühüm istiqamətdir. Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı razılaşmalar əməkdaşlığın institusional əsaslarının gücləndirildiyini göstərir. İnstitusional koordinasiya, xüsusilə iqtisadi layihələrin icrası, müdafiə sənayesi kooperasiyası və enerji əməkdaşlığının praktik nəticələr verməsi üçün əsas şərtdir. Prezident İlham Əliyevin bəyanatından görünür ki, Azərbaycan–Çexiya münasibətləri yalnız dostluq və tərəfdaşlıq ritorikası ilə məhdudlaşmır, konkret geoiqtisadi və geosiyasi məzmun kəsb edir. Siyasi dialoq, iqtisadi şaxələndirmə, enerji təhlükəsizliyi, müdafiə sənayesi və institusional koordinasiya üzrə formalaşan gündəlik göstərir ki, Bakı–Praqa xəttində əməkdaşlıq Avropa ilə Azərbaycan arasında daha geniş strateji inteqrasiyanın bir hissəsinə çevrilir.
Bu səfər bir daha göstərdi ki, Azərbaycanın çoxtərəfli xarici siyasət kursunda Mərkəzi Avropa istiqaməti getdikcə daha böyük əhəmiyyət qazanır və Çexiya bu konfiqurasiyada perspektivli strateji tərəfdaşlardan biridir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

