İdman tarixində parlaq səhifə
04.05.2026 [10:47]
Tiranada keçirilmiş güləş üzrə Avropa çempionatında milli komandamızın komanda hesabında qazandığı tarixi qələbə Azərbaycanın idman tarixində parlaq səhifələrdən biri kimi yadda qaldı. Prezident İlham Əliyevin çempion güləşçilərlə görüşü zamanı səsləndirdiyi fikirlər bu zəfərin təkcə idman nailiyyəti deyil, həm də ölkəmizin sistemli inkişafının, vətənpərvərlik ruhunun və düzgün dövlət siyasətinin təzahürü olduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyev qeyd etdi ki, müasir dünyada güləş üzrə rəqabət kifayət qədər gərgin xarakter daşıyır və belə bir şəraitdə Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Dövlət başçısı idmançılarımızın öz peşəkarlıqlarını nümayiş etdirərək ədalətli mübarizədə rəqiblərini üstələmələrini yüksək qiymətləndirdi. Bu uğur təsadüfi deyil, bu, ölkəmizdə güləş ənənələrinin yaşadılması, məşq və seleksiya prosesinin düzgün qurulması, eləcə də bölgələrdəki Olimpiya İdman komplekslərinin potensialından səmərəli istifadə olunmasının nəticəsidir. “Nəsillər dəyişir, amma bir şey dəyişmir – o da Azərbaycan idmanının uğurları,” – deyən Prezident, federasiya rəhbərliyində təmsil olunan veteran idmançıların yetişdirdiyi yeni nəslin də eyni uğurlu yolu davam etdirdiyini xüsusi vurğuladı.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən ən mühüm məqamlardan biri idmançıların medallardan daha çox, onların cəmiyyətdə nümayiş etdirdikləri davranış və mənəvi keyfiyyətlərə verilən önəm idi. Dövlət başçısı idmançıların həm xalça üzərində, həm də ondan kənarda ləyaqətli davranmalarını, özlərini cəmiyyətdə layiqincə aparmalarını yüksək dəyərləndirdi. Qeyd olundu ki, bəzən beynəlxalq yarışlarda, xüsusən də Avropa çempionatlarında Azərbaycan idmançılarına qarşı müəyyən qərəzli yanaşmalar və hakim ədalətsizlikləri ilə qarşılaşırıq. Belə anlarda belə, idmançılarımızın təmkinli, qürurlu və ləyaqətli qalması vacibdir. Bu, həm də idmançılarımızın milli kimliyini və vətənpərvərlik ruhunu əks etdirir.
Azərbaycanın idman siyasəti dövlət siyasətinin ayrılmaz hissəsidir. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar Azərbaycanın idman potensialını dünyaya nümayiş etdirib. Prezident qadın güləşinin inkişafına, qızların bu sahədə qazandıqları nailiyyətlərə toxunaraq, gələcəkdə daha çox qızıl medallar qazanılacağına inamını ifadə etdi. Milli komandada hökm sürən vahid ailə mühiti, idmançıların bir-birinin qələbəsinə sevinməsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün ən yaxşı tərbiyə məktəbidir.
Sonda Prezident İlham Əliyev bir daha bütün idmançıları, məşqçiləri və federasiya kollektivini təbrik edərək, bu qələbə sevincinin bütün Azərbaycan xalqına məxsus olduğunu vurğuladı. İdmançılarımız üçün ən böyük mükafat xalqın onlara olan sevgisi və bayrağımızın yüksəldiyi anlarda yaşanan qürur hissidir. Azərbaycan idmanı öz uğurlu yolunu davam etdirir və ölkəmiz daim yeni zirvələri fəth etməyə hazırdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

