Yeni virus təhlükəsi...
16.04.2026 [08:50]
Dəniz məhsullarında rast gəlinir
CMNV-nin əlamətləri hansıdır?
Son günlər yayılan yeni - CMNV virusu narahatlıqlara səbəb olub. Çində alimlər əvvəllər yalnız balıq və krevetlərdə rast gəlinən bu virusun artıq insanlarda da aşkarlandığını bildirirlər. Virus gözlərdə iltihab yaradır və gözdaxili təzyiqi artırır. Bu isə ağır hallarda görmə qabiliyyətinin itirilməsinə - korluğa qədər gətirib çıxara bilər.
Hazırda müalicəsi yoxdur
Mütəxəssislər qeyd edir ki, yoluxma halları əsasən çiy balıq istehlakı və ya dəniz məhsulları ilə qoruyucu vasitələr olmadan təmas zamanı baş verir. Hazırda virusun spesifik müalicəsi yoxdur. Həkimlər yalnız iltihabı azaltmaq və gözdaxili təzyiqi nəzarətdə saxlamaq üçün simptomatik preparatlardan istifadə edirlər. Bununla belə, virusun istiliklə məhv olduğu vurğulanır.
Qeyd olunur ki, indiyə qədər yoluxma halları məhdud saydadır. Lakin COVID-19 pandemiyasından sonra Çində ortaya çıxan yeni viruslarla bağlı xəbərlər dünya ictimaiyyətində ciddi narahatlıq doğurur.
Tədqiqatçılar virusa yoluxmuş xəstələrdən müsahibə götürüblər. Onlardan təxminən dörddə üçü ya çiy dəniz məhsullarını bişirərkən əlcəkdən istifadə etməyib, ya da dəniz məhsullarını çiy halda yeyiblər.
Simptomları nədir?
Virusun simptomları əsasən su mühitində yaşayan canlılarda tədricən inkişaf edən və ilkin mərhələdə çox vaxt nəzərə çarpmayan, lakin xəstəlik irəlilədikcə daha aydın şəkildə ortaya çıxan klinik əlamətlər şəklində özünü göstərir. Belə ki, yoluxmuş orqanizmlərdə ilk olaraq qidalanma zəifləyir, yem qəbulunun azalması və ümumi aktivliyin düşməsi müşahidə olunur.
İqlim dəyişikliyi virusun vəhşi təbiətdən yayılma riskini artıraraq insan sağlamlığı üçün təhlükə yaradır. Bu yaxınlarda “POH-VAU” adlı göz xəstəliyi ortaya çıxıb, lakin səbəb aydın deyil. Alimlər xəstəliyin CMNV ilə əlaqəli olduğunu bildirirlər.
Necə qorunaq?
Virusdan qorunmaq üçün ilkin olaraq bir neçə qaydalara əməl etmək vacibdir. Birbaşa dəniz heyvanları ilə təması riskini azaltmaq lazımdır. Bundan başqa, gigiyena qaydalarına əməl etmək, fərdi qoruyucu vasitələrdən istifadə də vacib şərtdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22

