Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “SOCAR İstiqrazları”nın 17-ci kupon ödənişi edilib

“SOCAR İstiqrazları”nın 17-ci kupon ödənişi edilib

02.02.2026 [22:51]

SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci “SOCAR İstiqrazları”nın 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 2 fevral tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb (Emissiya Prospektinə əsasən, qeyri-iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü icra olunur).

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, 17-ci kupon ödənişi nəticəsində ikinci “SOCAR İstiqrazları”nın investorlarına qazandırdığı gəlir ümumilikdə 19 milyon 125 min dollara yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək.)

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında 97,3 milyon dollar məbləğində ticarət aparılıb və 1612 əqd bağlanıb. Ümumilikdə, “SOCAR İstiqrazları” buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 53 milyon 125 min dollar məbləğində faiz ödənişi edilib.

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, ikinci “SOCAR İstiqrazları”nın növbəti kupon ödənişi tarixi 1 may 2026-cı ildir.

10 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib “SOCAR İstiqrazları”nı 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindəki “SOCAR İstiqrazları” köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, “SOCAR İstiqrazları” ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN Xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28