Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sabunçu rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

Sabunçu rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

02.02.2026 [13:47]

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı, Sabunçu Gənclər Evi Sosial Xidmət Müəssisəsi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov qeyd edib ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər yetişməkdə olan gənc nəslə qayğını hər zaman ön plana çəkib. Ümummilli Liderin məqsədi ölkənin gələcəyini etibarlı əllərə əmanət etmək idi və o, öz məqsədinə çatdı. Ulu öndər Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir.  Bu gün Azərbaycan gəncləri öz inkişaflarının qızıl dövrlərini yaşamaqdadırlar. 

Çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov bütün gəncləri “2 Fevral - Azərbaycan Gənclər Günü” münasibətilə təbrik edərək, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Azərbaycanda uğurla həyata keçirilən mütərəqqi gənclər siyasətinin gənc nəslin inkişafında, eləcə də onların vətənpərvər ruhda formalaşmasında önəmli rolundan danışıb.  Gənclərin millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasında gələcəyimizin qarantı olduğunu deyən Araz Xudadanov Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin ölkə siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Vurğulanıb ki, bütün Azərbaycan gəncliyi kimi Sabunçu gəncləri də ən layiqli davamçı, partiyamızın sədri, cənab Prezident İlham Əliyevin hər addımında, hər qərarında onun yanında yer alırlar.

Çıxış edən Sabunçu rayon Gənclər və İdman Sektorunun müdiri Rakif Əliyev, Vətən müharibəsi şəhidi İsrail Cəfərzadənin atası Namiq Cəfərzadə bildiriblər ki, 44 günlük İkinci Qarabağ müharibəsində “Vətəndən pay olmaz” deyib silaha sarılan gənclərimiz nə qədər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunduqlarını nümayiş etdirdilər. Gənclərimiz qanları, canları ilə tariximizin Zəfər səhifəsini yazdılar. 

Sonda 2 Fevral - Gənclər Günü münasibətilə bir qrup gənc diplomla təltif olunub.

Tədbir rayon gənclərinin ifasında musiqi və rəqs nömrələri ilə davam edib.

Paylaş:
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28