Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ Nümayəndələr Palatasında Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edilib

ABŞ Nümayəndələr Palatasında Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edilib

13.01.2026 [07:10]

ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsinə imkan verən qanun layihəsini təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə onun rəsmi saytında dərc olunmuş bəyanatda bildirilib.

Qanun layihəsi Amerika Prezidentinə “Danimarka Krallığı ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya onu başqa üsullarla ABŞ ərazisi kimi əldə etmək də daxil olmaqla zəruri tədbirlər görmək” səlahiyyəti verir. Sənədə əsasən, bundan sonra Qrenlandiyanın ABŞ ərazisi hesab ediləcəyi nəzərdə tutulur.

Rendi Faynın sözlərinə görə, qanun layihəsi “Arktikada ABŞ-ın milli maraqlarını qorumaq və Çin və Rusiyadan gələn artan təhdidlərə qarşı durmaq” məqsədi daşıyır.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin vacibliyini bildirib. O, ilk prezidentlik müddətində Qrenlandiyanı satın almağı təklif edib, daha sonra isə 2025-ci ilin mart ayında adanın ilhaq edilə biləcəyinə əminliyini ifadə edərək, imtina ediləcəyi təqdirdə Danimarkanı ticarət tarifləri ilə hədələyib. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edərək, Qrenlandiyanın krallığın ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31