Hindistanın balans oyunu: praqmatizm pərdəsi altında gizlənən geosiyasi riyakarlıq
07.01.2026 [09:53]
XXI əsrdə Hindistan özünü “çoxqoşulma” strategiyasının flaqmanı kimi qələmə verir. Narendra Modinin rəhbərliyi ilə Dehli iddia edir ki, o nə Qərbin, nə də Şərqin tərəfindədir; hər kəslə işləyir, heç kimə qarşı deyil, ideologiyalardan uzaq, yalnız milli maraqlara söykənən siyasət yürüdür. Kağız üzərində bu, ağıllı və çevik model kimi görünə bilər. Reallıqda isə bu yanaşma getdikcə daha çox riyakar, seçici və təhlükəli geosiyasi oyuna çevrilir.
Hindistan bir tərəfdən Qərbə demokratiya və qaydalara əsaslanan dünya nizamı haqqında mesajlar verir, digər tərəfdən Rusiyadan rekord həcmdə neft alır, BRICS-də anti-Qərb ritorikasına göz yumur, eyni zamanda İsraillə, İranla, Səudiyyə Ərəbistanı ilə paralel və ziddiyyətli gündəmlər qurur. Bu artıq balans deyil, prinsipsizlikdir. “Hamı ilə dostluq” iddiası əslində “heç kimə cavabdeh olmamaq” strategiyasına çevrilib. Hindistan özünü Qlobal Cənubun lideri kimi təqdim edir, amma bu liderlik əxlaqi nümunə üzərində yox, taktiki manipulyasiya üzərində qurulub. Qlobal Cənub üçün ədalət, beynəlxalq hüquq və suverenlikdən danışan Dehli iş real regional münaqişələrə gələndə bu prinsipləri rahatlıqla kənara qoyur. “Maraq” anlayışı Hindistan diplomatiyasında artıq ali dəyərə çevrilib və bu maraq hər şeyi - hüququ da, tərəfdaşlığı da, məsuliyyəti də əzir.
Ermənistanı silahlandıran Dehli: Cənubi Qafqazda təhlükəli oyun
Bu riyakarlığın ən açıq nümunələrindən biri Hindistanın Ermənistanı silahlandırmaq siyasətidir. Dehli son illərdə Ermənistana raket sistemləri, artilleriya qurğuları və hərbi texnika satmaqla faktiki olaraq Cənubi Qafqazda yeni silahlanma spiralını qızışdırır. Sual isə çox sadə və çox kəskindir: Hindistanın bu regionda nə işi var? Azərbaycanla heç bir münaqişəsi, regionla tarixi təhlükəsizlik əlaqələri olmayan Hindistan niyə Ermənistanı silahlandırır? Azərbaycanı özünə rəqibmi görür? Yoxsa Pakistanla düşmənçiliyini bütün coğrafiyalara ixrac etmək qərarına gəlib? Əgər Hindistanın məntiqi budursa ki, “Pakistanın dostu mənim düşmənimdir”, bu, artıq qlobal güc iddiası yox, geosiyasi kin və emosional revanşizmdir.
Azərbaycan Pakistanla strateji tərəfdaşdır - bu, açıq və legitim seçimdir. Amma Hindistanın buna cavabı diplomatik balans axtarmaq yox, Ermənistan kimi məğlub olmuş, revizionist və regional sabitliyi pozan bir aktoru silahlandırmaqdırsa, burada “praqmatizm” yox, qərəz var. Dehli bir tərəfdən beynəlxalq hüquqdan, suverenlikdən danışır, digər tərəfdən Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal etməsinə səssiz qalıb, indi isə onu yenidən silahlandıraraq sülh prosesini risk altına atır. Bu siyasət Hindistanın iddiasında olduğu “məsuliyyətli güc” obrazını darmadağın edir, çünki məsuliyyətli güc münaqişə ixrac eləmir. Məsuliyyətli güc məğlub tərəfi revanş üçün silahlandırmaz. Məsuliyyətli güc regional balansı pozan tərəfə çevrilməz. Hindistan isə məhz bununla məşğuldur - özü də minlərlə kilometr uzaqda, anlamadığı, amma manipulyasiya etdiyi bir regionda.
Qlobal Cənubun lideri, yoxsa maraqların girovu?
Hindistanın “çoxqoşulma” strategiyası getdikcə daha artıq özünü ələ verir: bu, neytrallıq deyil, hesablanmış opportunizmdir. Dehli hər masada oturmaq istəyir, amma heç bir masada məsuliyyət daşımaq istəmir. O həm sülhdən danışır, həm silah satır, həm beynəlxalq hüquqdan dəm vurur, həm onu selektiv tətbiq edir, həm dialoqa çağırır, həm də regionlara nifaq toxumu səpir. Bu yanaşma qısa müddətdə Hindistana manevr imkanı verə bilər, amma uzun müddətdə onu etibarsız tərəfdaşa çevirir. Çünki dünya siyasətində hamı ilə oyun oynayanlara bir müddət dözürlər, sonra isə heç kim inanmır. Qlobal Cənubun lideri olmaq üçün təkcə böyük əhali və iqtisadiyyat yetmir; əxlaqi ardıcıllıq lazımdır. Hindistan isə bu ardıcıllığı itirir.
Cənubi Qafqazda Ermənistanı silahlandırmaqla Hindistan özünü sülhün yox, gərginliyin tərəfinə yazdırır. Bu, nə Qlobal Cənubun maraqlarına uyğundur, nə də Hindistanın iddia etdiyi “dayanıqlı dünya nizamı” anlayışına. Əgər “çoxqoşulma” strategiyası belə görünürsə, deməli, problem strategiyada yox, niyyətdədir. Nəticə etibarilə Hindistanın siyasəti praqmatik model kimi təqdim olunsa da, əslində bu, riyakar balans, seçici prinsip və təhlükəli ikili standartlar sistemidir. Bu yol Hindistanı liderliyə aparmır, onu şübhə doğuran gücə çevirir. Tarix dönə-dönə göstərib ki, dünya siyasətində şübhə doğuran güclərin ömrü uzun olmur.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07

