Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsveçrədə Krans-Montana faciəsinə görə matəm elan olunub

İsveçrədə Krans-Montana faciəsinə görə matəm elan olunub

04.01.2026 [16:31]

İsveçrə hakimiyyəti Krans-Montana kurortundakı barda baş verən və 40 nəfərin ölümünə səbəb olan yanğından sonra 9 yanvar tarixini Milli Matəm Günü elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçrə Konfederasiyasının Prezidenti və ölkənin iqtisadiyyat naziri Qi Parmelen bildirib.

“Federal hakimiyyət orqanları İsveçrə kilsələri ilə birlikdə yanvarın 9-da matəm keçirməyi planlaşdırır”, - deyə o “Tages-Anzeiger” qəzetinə verdiyi müsahibədə bildirib. Prezident, həmçinin həmin günə planlaşdırılan anım mərasimində iştirak etmək niyyətindədir.

“Milli həmrəyliyin daha bir əlaməti olaraq, Krans-Montanadakı matəm mərasiminin əvvəlində saat 14:00-da bütün İsveçrə kilsələrinin zəngləri çalınacaq. Bundan əlavə, bu vaxta ölkə daxilində bir dəqiqəlik sükut da planlaşdırılıb”, - deyə Parmelen əlavə edib.

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31