ADY Baş Prokurorluğa müraciət edib
03.01.2026 [19:34]
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin 2 il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini verib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib.
ADY törədilmiş qanunsuz əməl barədə tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət etmiş və müraciətə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
Müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 06 iyun 2023-cü il tarixləri aralığında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminat məntəqəsindən yanacaq və yağı götürməklə mənimsəyib, bununla da ADY-yə külli miqdarda ziyan vurublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.
Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsi və qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib.
Həmçinin görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslər tərəfindən ADY-yə aid sahələrdə oğurluq və oğurluğa cəhd hadisələri 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb, bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 faizinin, 2024-cü ildə isə 70 faizinin qarşısı vaxtında alınıb.
ADY bu cür qanunsuz hallarla mübarizə tədbirlərini gücləndirməyə davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06
Sosial
12 Yanvar 13:11
İqtisadiyyat
12 Yanvar 13:10
İqtisadiyyat
12 Yanvar 13:10
Hadisə
12 Yanvar 13:09
İqtisadiyyat
12 Yanvar 12:47
Müsahibə
12 Yanvar 12:45
Hadisə
12 Yanvar 12:02
YAP xəbərləri
12 Yanvar 11:42
Siyasət
12 Yanvar 11:36

