Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cənubi Amerika ölkələri qonşu Venesueladakı vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər

Cənubi Amerika ölkələri qonşu Venesueladakı vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər

03.01.2026 [13:07]

Kolumbiya və Kuba prezidentləri Venesuelada baş verən vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

AZƏRTAC-ın məlumatına görə, Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsindəki hesabında vəziyyəti daha da gərginləşdirə və ya mülki əhalini təhlükəyə ata biləcək hər hansı birtərəfli hərbi əməliyyatları pisləyib.

O bildirib ki, ölkəsi qonşu Venesueladakı vəziyyəti dərin narahatlıqla izləyir və bütün tərəfləri eskalasiyaya gətirib çıxara biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Kuba prezidenti Migel Dias-Kanel isə X-də paylaşımında hadisəyə görə ABŞ-ı ittiham edərək Venesuelaya hücumu pisləyib və beynəlxalq ictimaiyyəti hadisəyə təcili olaraq reaksiya verməyə çağırıb.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31