Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Venesuela ölkənin müxtəlif yerlərində baş vermiş partlayışlara görə ABŞ-ı ittiham edir

Venesuela ölkənin müxtəlif yerlərində baş vermiş partlayışlara görə ABŞ-ı ittiham edir

03.01.2026 [12:46]

Venesuelanının paytaxtı Karakasda bir neçə partlayış baş verib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə xəbər yayan CNN şəhərin bəzi ərazilərində elektrik enerjisinin kəsildiyini bildirib. İlk partlayış yerli vaxtla təxminən saat 01:50-də qeydə alınıb. Tüstünün Venesuelanın Müdafiə Nazirliyinin qərargahının yerləşdiyi Fort Tiuna yaxınlığından qalxdığı deyilir. Partlayışın səbəbi hələlik məlum deyil.

“Associated Press” azı 7 partlayışın baş verdiyini və alçaqdan uçan təyyarə səslərinin eşidildiyini yazır.

Venesuela hökuməti ABŞ-ı ölkənin ştatlarına hücum etməkdə ittiham edib.

Hücumlardan sonra Prezident Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edib və bütün milli müdafiə planlarının uyğun vaxtda və uyğun şəraitdə həyata keçirilməsini əmr edib.

Ağ ev və Pentaqon hadisə ilə bağlı hələlik heç bir şərh verməyib.

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31