Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naxçıvanda avtomobil yolları qardan təmizlənir

Naxçıvanda avtomobil yolları qardan təmizlənir

02.01.2026 [21:42]

Naxçıvan Muxtar Respublikasının bəzi rayon, qəsəbə və kəndlərinə bir neçə gündür aramsız qar yağır.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda təhlükəsiz və fasiləsiz hərəkətin təmin olunması məqsədilə Şərur, Ordubad, Şahbuz, Kəngərli rayonlarının ərazilərində respublika və yerli əhəmiyyətli avtomobil yollarında qardan təmizləmə işləri aparılır.

Muxtar respublikanın avtomobil yollarında qardan təmizləmə işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Yolların daim açıq saxlanması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün texnikalar və canlı qüvvə ərazilərə səfərbər olunub.

Yollarda qar təmizləmə və qum-duz səpilməsi işləri intensiv şəkildə aparılır.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31