Abxaziya gündəliyi:180 hektar torpaq Rusiyaya verilir
29.12.2023 [11:25]
Getdikcə güclənən Rusiya-Qərb qarşıdurması yeni cəbhələr açmaqdadır. Rusiya ilə Qərbin maraqlarının daimi toqquşduğu əsas geopolitik məkanlardan biri də, şübhəsiz ki, Cənubi Qafqazdır. Hər iki supergüc etnik tərkibi rəngarəng olan bu qədim coğrafiyada zaman-zaman süni münaqişə ocaqları yaratmaqla öz nüfuzunu artırmağa, hökmünü diktə etməyə çalışır.
Son proseslərə nəzər salmaq kifayətdir ki, həm ABŞ və Avropa İttifaqının, həm də Rusiya Federasiyasının bölgədə nüfuz savaşı uğrunda nə qədər aktiv mübarizə apardığını aydın şəkildə görəsən.
Qafqazın siyasi vulkanları
Bildiyimiz kimi, Qərbin müəyyən vədlərlə şirnikləndirərək Rusiyaya qarşı qızışdırdığı Ermənistan, demək olar, bu provokasiyaya uyub. Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğrayan İrəvan hər zaman olduğu kimi günahı yenə də başqalarında, bu dəfə isə konkret olaraq hərbi-siyasi müttəfiqi Rusiyada görür. Müharibə zamanı Rusiyadan gözlənən köməyi almadığına görə bu gün Ermənistanda antirus əhval-ruhiyyəsi hökm sürür. Yəni ruslara nifrət o dərəcədə güclüdür ki, regiona aidiyyatı olmayan Fransa kimi dövlətlərlə gizli razılığa gələn Ermənistan rəhbərliyi özünün əzəli-əbədi ağası Rusiyaya qarşı açıq çıxışlar səsləndirir, hətta KTMT-dən çıxmaq iddiasına düşür. İrəvanın Qərbə dartındığı bir vaxtda Avropa İttifaqı digər Cənubi Qafqaz ölkəsi Gürcüstanın birliyə namizədlik statusunu təsdiqləyib. Demokratiya carçısı, Qərb dəyərlərinin alovlu təbliğatçısı, keçmiş prezident Mixail Saakaşvilinin acınacaqlı vəziyyətdə həbsdə saxlanması nədənsə bu “inteqrasiya prosesinə” əngəl törətmir. Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiya-Qərb toqquşmasından yeni cəbhələr, münaqişə ocaqları, hər an püskürməyə hazır vulkanlar yaranır.
Qafqazda belə münaqişəli, mübahisəli məsələlərdən biri də Abxaziya problemidir.
Bu günlərdə dünyanın nəzəri Abxaziyaya dikilib. Abxaziya özünü müstəqil respublika elan etsə də, BMT tərəfindən tanınmır. Lakin Rusiya, Nikaraqua, Venesuela, Nauru, Suriya kimi ölkələr Abxaziyanın müstəqilliyini tanıyıb. Xeyli müddətdir Abxaziyada müvəqqəti sabitlik hökm sürsə də nəhayət, dekabrın 27-də bu sükut pozuldu.
Həmin gün Abxaziyanın Xalq Məclisi (parlament) Pitsunda ərazisindəki bağ-kompleksinin Rusiyaya icarəyə verilməsi haqqında sazişi ratifikasiya edib. İclasda iştirak edən 28 deputatdan 25-i müvafiq qərarın lehinə (ümumilikdə, parlamentdə 35 deputat təmsil olunur) səs verib. Tanınmamış respublikanın parlament sədri Laşa Aşuba isə bildirib ki, qərar qəbul edilməzdən öncə Xalq Məclisinin nümayəndələri ilə müxalifət nümayəndələri arasında görüş keçirilib və görüşdə “respublikanın təhlükəsizliyini təmin etmək” məqsədilə bu sazişin qəbulunun vacibliyi müzakirə olunub.
Torpaqlar Rusiyaya verilir
180 hektardan çox ərazini əhatə edən kompleksin Rusiyaya icarəyə verilməsinə qarşı çıxanlara cavab olaraq Abxaziya Xalq Hərəkatının lideri Adqur Ardzinba Rusiya mediasına müsahibə verib. Maraqlıdır ki, hərəkat lideri həmin müsahibədə aksiyanın Rusiyaya qarşı təşkil olunduğunu təkzib edib. Ardzinba deyib: “Abxaziyada bəzilərinin qələmə verməyə çalışdığı kimi antirusiya əhval-ruhiyyəsi yoxdur, heç vaxt da olmayıb. Abxaziya sakinlərinin Rusiya prezidenti Vladimir Putinə münasibəti çox yaxşıdır. Ərazinin Rusiyaya verilməsinə gəlincə, burada bizim daxili qanunvericiliyimizə zidd olan bəzi məsələlər var. Ancaq bunlar bizim Rusiyaya müsbət münasibətimizə xələl gətirə bilməz”.
Rusiya mediası isə yazır ki, Abxaziyada etirazçıların narazılığına səbəb sözügedən qanun layihəsinin guya konstitusiya ilə ziddiyyət təşkil etməsidir. Daha populyar fikir isə ondan ibarətdir ki, etiraz aksiyası “Qərbin qrantları ilə qidalanan” yerli şəbəkənin təşkilatçılığı ilə həyata keçirilir. Rusiyayönümlü Xalq Hərəkatının lideri Adqur Ardzinba qərarın ratifikasiyasının bəzi texniki məsələlər həll olunana qədər təxirə salınmasına tərəfdardır. O, ziddiyyətli məqamlara misal olaraq sənədin 26-cı maddəsindən sitat gətirib. Həmin bənddə deyilir: “Müqaviləyə xitam verildiyi halda belə burada göstərilən obyektlər Rusiya tərəfində qalır”.
Rusiyali ekspertlər isə hesab edirlər ki, müxalif qüvvələrin etirazlarına baxmayaraq, bu qərarla bağlı Abxaziya cəmiyyətində dərin fikir ayrılığı yoxdur. Onlar Qərbin tapşırıqlarını icra edən müxalifətin fəallığı fonunda Moskva ilə Suxumi arasında münasibətlərin pisləşməsi riskini görmədiklərini bildirirlər.
Tanınmamış respublikanın Ədliyyə Nazirliyi sənədi təhlil edərkən məlum olub ki, müqavilənin bəzi bəndləri həqiqətən Abxaziya qanunvericiliyinə uyğun gəlmir. Bu səbəbdən ratifikasiya prosedurunun təxirə salınması təklif olunub. Torpaqların ikinci tərəfdən əlavə üçüncü tərəfə də verilə biləcəyi ilə bağlı etiraz doğuran bəndə aydınlıq gətirən nazirlik rəsmisi bildirib ki, bu, sadəcə, texniki anlaşılmazlıqdır. Müqavilənin 6-cı maddəsi göstərilən torpağın təyinatını müəyyən edir. Nazirlik rəsmisi müqavilədəki bəzi texniki səhvlərin Rusiya tərəfi ilə danışılmaqla həll olunacağını bildirib. Bu arada Abxaziyanın Baş prokurorluğu əhaliyə müraciət edərək aksiya iştirakçılarının məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edib.
Qanunlara dəyişiklik olunacaq
Abxaziya Xalq Məclisinin sədri Laşa Aşuba məsələ ilə bağlı mətbuata açıqlamasında: “İstifadəyə verilmiş ərazinin sərhədlərinin koordinatları ilə bağlı birinci variant artıq Rusiya tərəfindən qəbul edilib. Sual doğuran yeganə məqam müqavilədə qeyd olunan “üçüncü tərəf”lə bağlıdır. Bu məsələyə də aydınlıq gətirmişik. Hakimiyyət və müxalifət nümayəndələri arasında görüş keçirdik və konsensus əldə etdik”, - deyən spiker məlum qalmaqalın şişirdilməsinə ehtiyac olmadığını vurğulayıb. Aşubanın sözlərinə görə, sazişin qüvvəyə minməsi üçün Abxaziyanın bəzi hüquqi aktlarına dəyişikliklər edilməsi tələb olunur. Beləliklə, spikerin bildirdiyinə görə, “Beynəlxalq müqavilələr haqqında”, “Mülki Məcəllə haqqında”, xüsusən də “Torpaqların istifadəyə verilməsi haqqında” qanunlar yenidən işlənəcək. Sənəddə etiraz doğuran maddənin isə bu şəkildə dəyişdirilməsi nəzərdə tutulur: “Ərazilər üçüncü tərəfə verildiyi halda müqaviləyə xitam verilir və göstərilən əmlak Abxaziya Respublikasına qaytarılır”.
Tanınmamış Abxaziya respublikasının prezidenti Aslan Bjaniya artıq ratifikasiya sənədini imzalayıb. Bunun ardınca yüzlərlə etirazçı “ar olsun!” şüarı ilə küçələrə çıxıb və qərarın dərhal ləğv olunmasını tələb edib. Abxaziyanın tanınmış ictimai-siyasi fiqurları isə bu qərarın konstitusiyaya zidd olduğu barədə mediaya açıqlamalar veriblər.
Səfir: “Bu, hədiyyə deyil, icarədir”
Məsələni şərh edən Rusiyanın Abxaziyadakı səfiri Mixail Şurqalin torpaqların Rusiya Federasiyasının istifadəsinə hansı şərtlərlə verildiyinə aydınlıq gətirib: “Bu müqavilə obyektlərin yerləşdiyi torpaq sahəsinin Rusiyaya bağışlanmasını nəzərdə tutmur. Sözügedən ərazi sadəcə, Rusiya tərəfindən 49 illik icarəyə götürülür. Kompleksin saxlanması və təmiri kimi məsələlər Rusiya Federal Mühafizə Xidmətinə həvalə olunacaq”.
Əlavə edək ki, Pitsundadakı kompleks təxminən 180 hektarlıq ərazidə yerləşir. Razılaşmaya əsasən, Rusiya bu ərazini 49 il müddətinə icarəyə götürmək ixtiyarı qazanır. Sözügedən dövlət bağları kompleksi 1958-1961-ci illərdə Sov.İKP MK-nın o zamankı birinci katibi Nikita Xruşşovun sərəncamı ilə tikilib.
Beləliklə, Rusiya mətbuatı bu məsələni abxaz xalqının siyasi iradəsinin təzahürü kimi, Qərb mediası Rusiyanın Abxaziya torpaqlarını dinc yolla ələ keçirməsi kimi şərh edir. Abxaziya müxalifəti isə icarə qərarı ləğv olunmayana qədər aksiyaları davam etdirəcəyini bildirib.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52

