Lukaşenkonun tövsiyəsi: “Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə...”
27.12.2023 [10:40]
Ermənistan hakimiyyətinin Rusiyaya arxa çevirərək Qərbə üz tutması tərəflər arasında xeyli gərginlik yaradıb. Baş nazir Nikol Paşinyan və komandasının üzvləri Rusiyanın əleyhinə açıq şəkildə bəyanatlar verməsi adi hala çevrilib. Erməni rəsmiləri İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistana dəstək vermədiyini iddia edir, eləcə də rus sülhməramlılarının Qarabağdakı fəaliyyətini kəskin tənqid edirlər. Paşinyan hakimiyyəti “təhlükəsizlik” amilini əsas gətirərək yeni müttəfiq axtarışında olduğunu açıq bildirir. Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də Minsk şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməməsi, ardınca parlamentin spikeri Alen Simonyanın və digər rəsmi şəxslərin bir sıra tədbirlərdə iştirakdan imtina etməsi rəsmi Moskva tərəfindən xoş qarşılanmadı.
“Ermənistana kim kömək edəcək? Fransa nəsə etməyə çalışır, amma alınmır”
Əlbəttə ki, Rusiya Qərbin Ermənistana gəlməsinə göz yuma bilməz. Bunun üçün rəsmi Moskvanın İrəvana kifayət qədər təzyiq rıçaqları var. Bir müddət əvvəl həm erməni, həm də Rusiya mediasında belə məlumatlar yayılırdı ki, əgər N.Paşinyan dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək Avropa İqtisadi İttifaqı (Aİİ) və MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak etməsə, o zaman Moskva Ermənistana qarşı sərt addımlar atılmasına başlaya bilər. Göründüyü kimi, N.Paşinyan Rusiyanın qarşısında geri çəkilməli oldu. O, dekabrın 25-də Aİİ-nin, bundan bir gün sonra isə MDB liderlərinin sammitində iştirak etməli oldu. Bir sözlə, “qərbyönümlü” Paşinyan, Moskvanın qarşısında aciz duruma düşməkdədir.
Yeri gəlmişkən, Belarus Prezidenti Aleksandr Lukaşenko da Qərb ölkələrinin Ermənistana istənilən şəkildə kömək edəcəyinə şübhə ilə yanaşdığını deyib. A.Lukaşenko Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclasından sonra jurnalistlərə müsahibəsində bildirib: “Ermənistana kim kömək edəcək? Fransa nəsə etməyə çalışır, amma alınmır. Fransada nələrin baş verdiyini görürsünüz. Öz ölkələrində problemləri həll edə bilmirlər, amma Qafqaza girməyə çalışırlar. Bunlar hamısı ermənilərin gözü qarşısında baş verir və bunu aydın şəkildə görürlər. İctimaiyyət qarşısında baş verənlərlə reklam arasında böyük fərq var. Əsas proseslər hələ qarşıdadır və bu proseslərdə Ermənistan mütləq bizimlə olacaq. Çünki bu, onların inkişafının ən vacib istiqamətidir”.
Belarus Prezidentinin fikrincə, Ermənistan Avrasiya İqtisadi İttifaqı üzvlüyünü qoruyub saxlayacaq: “Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə, biz onu itirə bilərik. Amma mən düşünmürəm ki, ermənilər axmaq insanlardır”.
Paşinyan: Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyaları ilə əlaqələndirilməməlidir
Paşinyan isə Aİİ-nin sammitində çıxışı zamanı deyib ki, Ermənistan bu platformanı geosiyasi yox, iqtisadi təşkilat olaraq dəyərləndirir. Onun sözlərinə görə, Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalar ilə əlaqələndirilməməlidir: “Ticarət və inteqrasiya prosesləri siyasi səbəblərə görə məhdudlaşdırılmamalıdır. Bu, Aİİ-nin korroziyasına gətirib çıxacaq”. Paşinyan bu fikirləri ilə dolayısı ilə Rusiyanın siyasi təzyiqlərinə işarə etmiş olur.
Ermənistanın “Joğovurd” nəşri isə yazır ki, Vladimir Putin Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsinə görə Nikol Paşinyandan açıqlama tələb edəcək. Nəşr qeyd edib ki, Rusiya hakimiyyəti bu dəfə çox ciddidir. Bu səbəbdən Paşinyandan növbəti yarımçıq, qeyri-müəyyən cavablar deyil, daha aydın və konkret cavablar tələb edəcək. Həmçinin əlavə olunub ki, Paşinyanın Sankt-Peterburq səfəri səbirsizliklə gözlənilirdi, çünki Rusiya hakimiyyətinin ona bir çox sualları var və Putin həmin suallara şəxsən Paşinyanın özünün aydınlıq gətirməsini istəyir: “Uzun müddətdir müşahidə edilir ki, Ermənistan hökuməti Rusiyanın vasitəçiliyi ilə təşkil edilən bütün görüşlərdən yayınıb, lakin indi görünən odur ki, Paşinyan hakimiyyəti nəhayət Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb, peşman olduğu üçün onları bərpa etmək qərarına gəlib”.
Amma Paşinyanın sonrakı peşimançılığı fayda verəcəkmi?
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

