G20-nin onlayn sammiti
24.11.2023 [10:45]
Sammitə Hindistan ev sahibliyi edib
N.BAYRAMLI
Noyabrın 22-də “İyirmilik Qrupu”nun (G20) onlayn sammiti keçirilib. Sammit Hindistanın təşəbbüsü və virtual “ev sahibliyi” ilə baş tutub. Hindistan Xarici İşlər Nazirliyi G20 onlayn sammitinə mümkün qədər çox liderin iştirakı üçün dəvətlər göndərdiyini bəyan etmişdi. Lakin sammitə Çin lideri Si Cinpin və ABŞ Prezidenti Co Bayden qatılmayıb. Çin Xalq Respublikasını onlayn toplantıda ölkənin Baş nazir Li Qianq təmsil edib. Rusiya Prezidenti Vladimir Putin isə onlayn sammitdə iştirak və çıxış edib.
Xatırladaq ki, sentyabrın 9-10-da Yeni Delhidə baş tutan G20 sammiti zamanı Hindistanın Baş naziri Narendra Modi noyabrda qrup liderlərinin virtual formatda görüşünün keçirilməsini təklif etmişdi. Həmin sammitdə bir sıra qlobal məsələlər, o cümlədən iqlim dəyişikliyi, Ukraynadakı müharibə, beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunmuşdu. Həmçinin Afrika İttifaqının G20-nin daimi üzvü olması məsələsinə baxılıb. Ümumilikdə, Hindistanda keçirilən sammit təşkilatın tarixində ən çətin sammitlərindən biri kimi qiymətləndirilir. Çünki yekun bəyannamənin razılaşdırılması təxminən iyirmi gün davam edib. Sammit zamanı 55 ölkədən ibarət Afrika İttifaqı da G20-nin daimi üzvü seçilmişdi. İndiyə qədər Afrikadan yalnız CAR təşkilatın daimi üzvü idi.
Ərdoğan: G20-nin müqəddəs kitablara qarşı təxribatları qınamasını düzgün hesab edirik
Noyabrın 22-də keçrilən onlayn sammitdə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib. Ərdoğan bildirib ki, son sammitimiz qlobal problemlərin həllində G20-nin aparıcı rolunu bir daha təsdiqlədi: “Bizim də güclü şəkildə dəstəklədiyimiz Afrika Birliyinin daimi üzvlüyü ilə G20-nin təsir dairəsi daha da artdı. Müqəddəs kitabları hədəf alan təxribatların G20 Bəyannaməsində qınanılmasını son dərəcə düzgün hesab edirik”. Dünyadakı mövcud geosiyasi gərginlik, beynəlxalq ticarətdəki proteksionizm meyilliliyi, iqlim dəyişikliyi və ekoloji problemlər kimi bir sıra amillər səbəbindən qlobal artımın yavaşlamağa başladığını deyən Türkiyə lideri inkişafın əsas təməllərindən birinin də cəmiyyətin bütün üzvlərini bu mübarizənin bir hissəsinə çevirmək olduğunu vurğulayıb.
Çıxışı zamanı İsrail-Fələstin qarşıdurmasına toxunan Ərdoğan deyib: “Bütün liderləri israilli-fələstinli, yəhudi-müsəlman-xristian demədən mülki vətəndaşların ölümlərinə eyni reaksiya verməyə dəvət edirəm. Dördgünlük humanitar atəşkəs elan edilməsi, girov və məhkumların məhdud sayda da olsa, mübadiləsinə dair razılaşma müsbət haldır. Ümid edirəm ki, bu addım son nəticədə bizim prioritetimiz olan və ən qısa zamanda bərqərar olmasını gözlədiyimiz daimi atəşkəslə sülhə gətirib çıxaracaq”. Problemin iki dövlət prinsipi əsasında həllini dəstəklədiklərini bir daha qeyd edən Prezident Ərdoğan bildirib ki, Türkiyə zaminlik də daxil olmaqla, qurulacaq yeni təhlükəsizlik şəraitində digər ölkələrlə birlikdə məsuliyyət daşımağa hazırdır.
Putin: Rusiya Ukraynada ədalətə nail olmağa çalışır
Vladimir Putin isə çıxışında qeyd edib ki, Rusiya Federasiyası heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib, hərbi əməliyyatlar hər zaman faciədir və biz buna son qoymaq barədə düşünməliyik. Onun sözlərinə görə, Rusiya Ukraynada ədalətə nail olmağa çalışır. Putin qeyd edib ki, o, Ukraynadakı ölümlərin şokunu anlayır, lakin Qəzza da daxil olmaqla, digər münaqişələr də insanı sarsıdır. Rusiya prezidenti dünyada qarşıdurma cəhdlərinin davam etdiyini də söyləyib. Ölkəsinin ərzaq ixracı sahəsində bütün öhdəliklərini yerinə yetirdiyini vurğulayan Putin, Rusiyanın Afrikaya pulsuz taxıl olan ilk gəmiləri göndərdiyini bildirib.
Rusiya lideri əlavə edib ki, qlobal iqtisadiyyatdakı vəziyyət konsensus və müxtəlif ölkələrin fikirlərinin nəzərə alınmasını tələb edir: “Rusiya dünyada açıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunun bərpasının tərəfdarıdır. Qlobal iqtisadiyyatda gərginlik Rusiya ilə deyil, digər böyük ölkələrin hərəkətləri ilə bağlıdır”.
Sammitdə çıxış edən digər liderlər də dünyada mövcud olan qlobal problemlərdən və onların həlli yollarından bəhs ediblər.
G20-nin məqsəd və məramı...
Qeyd edək ki, G20 19 ölkəni və Avropa İttifaqını (Aİ) birləşdirən hökumətlərarası platformadır. Sentyabr ayında isə Afrika İttifaqı da foruma üzv seçildi. Bu platforma beynəlxalq maliyyə sabitliyi, iqlim dəyişikliyinin azaldılması və davamlı inkişaf kimi qlobal iqtisadiyyatla bağlı əsas məsələləri həll etmək üçün çalışır. G20 həm sənayeləşmiş, həm də inkişaf etməkdə olan ölkələr də daxil olmaqla dünyanın ən böyük iqtisadiyyatlarından ibarətdir və ümumi dünya məhsulunun təxminən 90 faizini, beynəlxalq ticarətin 75-80 faizinin üçdə ikisini təşkil edir. Dünya əhalisinin və dünyanın quru ərazisinin təxminən yarısını təşkil edir.
G20 1999-cu ildə bir sıra dünya iqtisadi böhranlarına cavab olaraq yaradılıb. 2008-ci ildən bəri hər bir üzvün hökumət və ya dövlət başçısı, maliyyə naziri, xarici işlər naziri və digər yüksək vəzifəli məmurların iştirak etdiyi sammitlərlə ildə ən azı bir dəfə toplanır. Aİ-ni Avropa Komissiyası və Avropa Mərkəzi Bankı təmsil edir. Digər ölkələr, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları və bəziləri də daimi əsaslarla sammitlərdə iştirak etməyə dəvət olunurlar.
Xəbər lenti
Hamısına baxGündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28

