Fransa BƏM-in qərarını təhrif edir
21.11.2023 [10:40]
Xarici İşlər Nazirliyi və Qərbi Azərbaycan İcması Parisə cavab verib
Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı noyabrın 17-də elan etdiyi qərar ölkəmizin maraqlarına zidd deyil. Məhkəmə İrəvanın on iddiasından yeddisini rədd edib. Məhkəmənin qərarında Qarabağa ermənilərin qayıtmaq hüququndan bəhs olunur ki, dövlətimiz hər zaman onlara vətəndaşlıq verməyə hazır olduğunu bəyan edib.
Amma Ermənistanla yanaşı, Fransa da Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını yanlış şərh edir. Belə ki, Fransanın Xarici İşlər Nazirliyinin şərhində bildirilir ki, məhkəmə sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və oraya qayıtmaq istəyən hər bir şəxsin təhlükəsiz, azad və sürətli geri qayıtmasını təmin etmək üçün Azərbaycanı vəzifələndirib. “BMT məhkəməsinin bu qərarı Fransanın bu məsələdə ardıcıl olaraq tutduğu mövqeyi təsdiqləyir. Paris, həmçinin “Beynəlxalq Ədalət Məhkəməsinə sarsılmaz dəstəyini və qərarlarının məcburiliyini” xatırladıb”- deyə Fransa XİN iddia edib.
XİN: Fransa özünün müstəmləkə siyasəti ilə bağlı Məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir
Azərbaycanın Xarici İşlər Nazirliyi isə Fransa xarici siyasət idarəsinin Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarı ilə bağlı bəyanatını yersiz və qəbuledilməz hesab edib. Bildirilib ki, Fransa XİN tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinin qərarı təhrif olunur. Qeyd olunub ki, Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir: “Bir ölkənin özünü ədalətin və asayişin ən böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərh edib Məhkəmənin işlərinə qarışması təəssüf doğurur”. “Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı Məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir. Fransadan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”,-deyə Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib.
İcma: Fransa insanlıq əleyhinə cinayətlərə şərik olur
Qərbi Azərbaycan İcması da Fransanın məlum mövqeyini etirazla qarşılayıb. Məsələ ilə bağlı İcmanın yaydığı bəyanatda bildirilib ki, Fransanın Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli qərarı ilə bağlı tələm-tələsik bəyanat verərək, guya qərarın Fransanın mövqeyinə uyğun olduğu təəssüratı yaratmağa çalışıb: “Fransız diplomatiyasına yaxşı məlumdur ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarında sadəcə Azərbaycanın onsuz da atmaqda olduğu addımlar sadalanıb. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz ərazisində yaşayan bütün insanların hüquqlarını təmin edir. Azərbaycan Qarabağ bölgəsindən köçmüş ermənilərin qayıdış hüququ ilə bağlı öz siyasətini aydın bəyan edib”.
Qeyd olunub ki, Fransanın bu məsələyə müdaxilə etməsi yersizdir, əsassızdır və təxribat xarakteri daşıyır: “Yaxşı olardı ki, Fransa iradlarını özünə və qovulmuş azərbaycanlıların qayıdışına hətta nəzəri olaraq belə razılıq verməyən Ermənistan hökumətinə yönəltsin. Fransa Ermənistanı qeyd-şərtsiz dəstəkləməklə onun törətdiyi insanlıq əleyhinə cinayətlərə, o cümlədən azərbaycanlıların qayıdış hüququnu pozmasına şərik olur. Qərbi Azərbaycan İcması Fransanın insan hüquqları kimi ülvi dəyərdən sui-istifadə edərək regionda mənfur neo-kolonial məqsədlərini irəlilətmək cəhdlərini ifşa etməkdə davam edəcək”.
Göründüyü kimi, Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi rəsmi Parisə rahatlıq vermir. Ona görə də, bu ölkə ermənidən daha çox ermənilik edir. Hətta Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı Fransa Ermənistanla müqayisədə daha destruktiv və qərəzli mövqe sərgiləyir. Bu ölkənin İrəvanı silahlandırması isə bölgəyə yaxşı heç nə vəd etmir. Əksinə, görünən odur ki, Fransa öz addımları ilə Cənubi Qafqazda yenidən müharibə alovlandırmaq istəyir. Məqsəd isə Ermənistanın vasitəsilə regiona daxil olub möhkəmlənməkdir. Çünki Avropa ilə Asiyanın qovuşağında yerləşən Cənubi Qafqaz böyük geostrateji önəmə malikdir. Amma bütün hallarda Fransanın bu məqsədləri fiaskoya məhkumdur.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

